Azadlıqdan məhrum edilmiş yeniyetmələrlə VACİB TƏLİM
Tarix: 25-01-2023, 17:52
Baxılıb: 1 386
Google+ Paylaş
Tumblr Paylaş

Azadlıqdan məhrum edilmiş yeniyetmələrlə VACİB TƏLİM

25-01-2023, 17:52

2023-cü il 23-25 yanvar tarixlərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə Penitensiar Xidmətin Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində təlimlər keçirilmişdir. Təlim azadlıqdan məhrum edilmiş yeniyetmələrin bilik və bacarıqlarının artırılması, onların cəmiyyətə adaptasiya olunması və şəxsi keyfiyyətlərinin formalaşması məqsədilə təşkil edilmişdir.
Təlimin açılışında Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi Aynur Sabitova, İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə və Tərbiyə Müəssisəsinin rəhbər işçiləri iştirak etmişlər.Açılışda 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlamətdar olduğu vurğulanaraq, ulu öndərin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən, insan hüquq və azadlıqlarının təmin olunmasına xidmət edən mütərəqqi islahatlardan bəhs olunub. Təlimin birinci mövzusu məhz “Heydər Əliyev və Azərbaycanda insan hüquqları islahatları”na aid idi; mövzu ilə bağlı geniş çıxış edilib.
Üç gün davam edən tədbirdə yeniyetmələrə “Uşaq hüquqları”, “CV tərtibatı və müsahibəyə hazırlıq”, “Gələcək karyera seçimi”, “Xaricdə təhsil imkanları”, “Əmək bazarı ilə tanışlıq və iş axtarma vasitələri” və s. mövzularda təqdimatlar keçirilib.
Təlimdə İnstitutun əməkdaşlarından Vüsalə Muradxanlı, Araz Abdullasoy, Nərmin Həsənova, İsmayıl Musayev və Əmrah Rəhimli, eyni zamanda müstəqil ekspertlər Tural Əhməd və Köçəri İsmayılov təlimçi kimi iştirak etmişlər.
Təlimin sonunda yeniyetmələrə sertifikatlar təqdim edilmişdir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ