Vətəndaşların müraciətləri millət vəkili və YAP-ın sədri tərəfindən nəzarətə götürülüb
Tarix: 18-01-2023, 14:59
Baxılıb: 1 999
Google+ Paylaş
Tumblr Paylaş

Vətəndaşların müraciətləri millət vəkili və YAP-ın sədri tərəfindən nəzarətə götürülüb

18-01-2023, 14:59

2023-cü il yanvarın 17-də 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva və YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev birgə Yeni Azərbaycan Partiyasının inzibatı binasının qəbul otağında bir qrup vətəndaşı fərdi qaydada qəbul edərək onların poblemlərini dinləyiblər.
  • Qəbula gələn vətəndaşlar:Əkbərova Nigar İsaq qızı, Bəhrəmova Aysel Fəxrəddin qızı, Yusibova Xuraman Sildız qızı, Vəliyev Vəlibəy Ağasəlim oğlu, Zahidov Ağaəmi Zahid oğlu, Kərimov Manaf İsrafil oğlu, Nuriyeva Ülviyyə Səttar qızı, Əliməmmədova Hicran Vaqif qızı, Əliməmmədova  Gülnar Cavanşir qızı və başqaları məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsinə və işıqlandırılmasına,  Zakir Məmmədov adına 103 nömrəli tam orta məktəbdə təhsil alan şagirdlərin sayının normadan iki dəfə artıq olmasını nəzərə alaraq, kohnə məktəb binasının təmiir edilib tədris üçün istifadəyə verilməsinə, məktəbə gedən qəsəbədaxili yolların təmir edilməsinə, işə qəbul olunmalarına, onlara ünvanlı sosial yardım təyin edilməsinə, şəxsi problemlərinin həll edilməsinə, maddi yardım göstərilməsinə, aztəminatlı ailələrin məşğulluq proqramına cəlb edilməsilə bağlı məsələlərdə köməklik göstərilməsinə kömək olunmasını xahiş ediblər. Qəbula gələn vətəndaşların bəziləri Binəqədi rayonunun  Xocahəsən qəsəbəsində yaşayış məhəllələrində narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarızınin gücləndirilməsinə zərurət yarandığını bildiriblər.
Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili və YAP-ın sədri tərəfindən nəzarətə götürülüb.
  • Müraciət edənlər qəbul zamanı onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildiriblər, hər belə qəbul və görüşlərin dövlət başçısının vətəndaşlarıın qəbulu və onların problemlərinin həllinə köməklə bağlı verdiyi tövsiyyələrinin yerinə yetirilməsinin təzahürü olduğunu qeyd ediblər.
  • Rəsmiyyə HEYBƏTAĞAQIZI
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ