Tanınmış güney azərbaycanlı ozandan SEVİNDİRİCİ XƏBƏR
Tarix: 17-01-2023, 09:25
Baxılıb: 1 531
Google+ Paylaş
Tumblr Paylaş

Tanınmış güney azərbaycanlı ozandan SEVİNDİRİCİ XƏBƏR

17-01-2023, 09:25

Tanınmış güney azərbaycanlı ozan Araz Elsəs Bakıda konsert verməyi planlaşdırır.
AvroMedia.az bildirir ki, Elsəsin dediyinə görə, ölkəmizə səfərində dik duruşlu, müzəffər Azərbaycan, qalib bir millət görüb:
"Bu, məni çox sevindirdi. Xüsusilə mediada, dövlət qurumlarında Güney Azərbaycana olan münasibət dəyişib. Onların güneyə olan isti münasibəti məni çox sevindirdi. Bir daha inandım ki, bu millətin birliyinə çox az qalıb. Nə yaxşı ki, bayrağımız Şuşada dalğalanır. İnanıram ki, gün gələcək üçrəngli bayrağımız Arazın güneyində, yurdumuzun qarış-qarışında da dalğalanacaq. Azərbaycanın bütövlüyünə çox qalmayıb deyə düşünürəm. Azərbaycanı gördükdən sonra buna bir daha inandım".
Araz Elsəs yaradıcılığından da danışıb:
"Araz axdığı kimi mən də axmağa çalışıram. Ara-sıra dəli-dəli, ara-sıra sakit-sakit. Yeni mahnılar var. Klip çəkilişi olacaq, onlarla məşğulam. Ola bilsin ki, yaxın müddətdə Bakıda bir konsert verim. Amma dəqiqləşməyənə qədər detalları açıqlamaq istəmirəm".musavat.com
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ