Azərbaycan dövləti hər zaman idmançıların yanında olacaq
Tarix: 13-01-2023, 15:17
Baxılıb: 1 119
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan dövləti hər zaman idmançıların yanında olacaq

13-01-2023, 15:17

ÖTƏN İL İDMANÇILARIMIZ ÜÇÜN DƏ UĞURLU OLUB.

Prezident İlham Əliyev həm hər ilin başlanğıcında və sonunda, həm də mötəbər yarışlar keçrilən vaxtlar idmançılarımızı qəbul edir, onların mükafatlandırılması, fəxri adların verilməsi, sosial problemlərinin həll edilməsi,  evlə, maşınla  təmin edilməsi qayğısına qalır. 09 yanvar 2023-cü ildə Azərbaycan prezidenti  İlham Əliyev iştirakı ilə keçrilən ötən ilin  idman yekunlarına həsr olunmuş mərasimdə bir daha bu ənənə təkrar olundu.

  1. 2023-cü il yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib və həmin tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev qeyd edib ki, hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Prezident bildirib ki, Azərbaycanın digər sahələri kimi idman sahəsi də dinamik şəkildə inkişaf edir. Ölkəmizdə keçrilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir.

Keçən il Azərbaycan idmançıları beynəlxalq yarışlarda 800-dən çox medal qazanmış, onlardan 300-ə yaxını qızıl medaldır.İlk öncə, prezident bu il Türkiyənin Konya şəhərində keçrilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizin 56 ölkə arasında 99 medalla 4-cü yerə layiq görüldüyünü və 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın komanda hesabında birinci olduğunu xatırladıb.

Prezident qeyd edib ki, bütün bunlar  onu göstərir ki, Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır.

Azərbaycan prezidenti İlham Əliyev gənc idmançıların hazırlanmasının mütəşəkkil qaydada təmin edilməli olduğunu bildirib və son vaxtlar bu sahədə  məqsədyönlü fəaliyyətin də göz önündə olduğunu qeyd edib.

 Dövlət başçısı vurğulayıb ki, gələcəkdə gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün dövlət tərəfindən daha böyük imkanlar yaradılacaq.

Eyni zamanda, dövlətimizin başçısı Gənclər və idman nazirliyinin qarşısında qoyulan vəzifələrdən birinin də məhz bölgələrdə idman canlandırmaq, gənclərin, yeniyetmələrin, uşaqların gənc yaşlarından idmana cəlb edilməsi olduğunu və bunun onların tərbiyəsi üçün çox böyük əhəmiyyət daşıdığını bildirib.

Azərbaycan prezidenti Azərbaycanda idmana qayğı və sağlam həyat tərzinin təbliğ edilməsini dövlət siyasətinin prioritet istiqaməti olduğunu qeyd edərək idmana dövlət dəstəyinin əhəmiyyətinə toxunub. O deyib:"Biz bunu Azərbaycanın timsalında görmüşük ki, idmana, idmançılara diqqət olan yerdə, qayğı olan yerdə, hörmət olan yerdə, əlbəttə, nəticələr də olacaq".

O, Azərbaycanda bu gün idmanla məşğul olmaq üçün bütün imkanların olduğunu, bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradıldığını, bu prosesin davam etdirildiyini, eyni zamanda, Bakı şəhərində ən mötəbər idman yarışlarının keçirildiyini, bundan sonra da ölkəmizdə həm dünya, həm Avropa çempionatlarının keçiriləcəyini bildirib. Dövlət başçısı bir vəzifə olaraq 2023-cü ilin bir çox parametrlər üzrə həlledici il olacağını qeyd edərək bütün idman ictimaiyyəti, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri qarşısında Azərbaycanın Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləməsini bir vəzifə kimi qoyub.

Azərbaycan özünü güclü  idman  dövləti kimi təsdiqləyib

Dövlət başçısi idmanın kütləviliyinə toxunub və bölgələrdə təbliğat daha geniş vüsət almalı olduğunu, Bakı şəhərinin parklarının bir neçəsində açıq havada idmanla məşğul olmaq üçün şərait yaradıldığını, trenajorlar quraşdırıldığını və bu təcrübənin bütün bölgələrə tətbiq edilməli olduğunu, azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılmasının nəzərdə tutulduğunu bildirib və bütün bunları qeyd edərək deyib:" Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib.

Azərbaycanda güclü və vətənpərvər ruhlu gənclər yetişir  

Azərbaycan prezidenti İlham həmin görüşdə idmanla bağlı bir çox digər aktual məsələlərə toxunaraq   gənclərlə bağlı da mühüm mesajlar verib. O deyib:”Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında”.  Prezident bildirib ki, İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi - bizim siyasətimiz əsasında yetişən, həm cəmiyyətdə, həm də ailələrdə gözəl tərbiyə alan gənclər idi”.

Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır

Azərbaycan prezidenti İlham Əliyev  keçən ilin idman yekunlarına həsr olunmuş görüşdə illi vətəpərvərlik mövzusuna da toxunub və   qeyd edib ki, əldə edilən uğurlar  bütün sahələrdə özünü göstərir. O deyib:”Artıq iki ildən çoxdur ki, xalqımız müzəffər xalq kimi yaşayır və bu qürurverici amil bizimlə bundan sonra əbədi olacaq. Sadəcə olaraq, bizim hər birimiz də öz sahəmizdə, öz fəaliyyətimizdə bu müqəddəs Zəfərə layiq olmalıyıq. Əminəm ki, indi idmançılarımız beynəlxalq yarışlarda iştirak edərkən onlar tamamilə başqa bir həvəslə, hətta başqa bir hərəkətlə çıxış edirlər və bizim müzəffər xalq olmağımızın həqiqətini bir daha təsdiqləyirlər”.

 

 Həmin mərasimdə  Azərbaycan prezidenti ham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançıların və idman mütəxəssislərinin bir qismini mükafatlandırıb.

Prezident İlham Əliyev 2022-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə - Dadaşbəyli Dadaş, Ruslan Lunyov, Əli İbrahimov, Tahir Baxşıyev, Tayfur Əliyev, İlham Məmmədov, Təbriz Həsənov, Ağahüseyn Mustafayev, Sənan Süleymanov, Taleh Məmmədov, Ramazan Muradov, Yaylagül Ramazanova, İrina Zaretska, Fəxrəddin Quliyev, Südeif Quliyev, Elvin Astanov, Ramil Mahmudov, Billurə Eminova, Rəhim Qasımov, Cavad Ağayev, Asif Həsənov və Şəfəq Kərimovaya yeni mənzillərin orderlərini təqdim edib.

İLKİN ƏLİYEV,

YAP Qaradağ rayon təşkilatının fəal gənci


скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ