MƏNİM GERCƏK NAĞILIM...
Tarix: 13-07-2024, 13:56
Baxılıb: 3 590
Google+ Paylaş
Tumblr Paylaş

MƏNİM GERCƏK NAĞILIM...

13-07-2024, 13:56

Aləmzər Sadiqqızı
MƏNİM GERCƏK NAĞILIM...
Əlimə  qələm aldım... Saatlarca donub
qaldım...görəsən  ne yazım...?
Kimi yazır xan, bəy nəslindən olub. Kiminin  ulu
babası şah oğlu şah Abbas olub...Bəs mən
kiməm?
Belə deyirlər , onda ki, Azəbaycan iki yerə
bölündü ...O zamandan qaç-haqaç,  qov-haqov
başladı...Elə ki, hər kəs payını aldı qucağına...
bərk-bərk sıxdı bağrının başına... İmzalar atıldı,
çəpərlər çəkildi... Sadəcə sərhədlərə  deyil ,neçə-neçə ürəklərə tikanlı məftillər əkildi...
Kiminin qoynunda analar haray çəkib ağladı ..
Kiminin qoynunda balalar analı- atalı  yetim
qaldı...
Bax onda beş- altı yaşında Ələkbər adlı bir qara
baxt oğlan çaşıb o biri VƏTƏNİNDƏN  bu biri VƏTƏNƏ
keçdi... Elə o zamandan Hüseyn adlı atasına
Sona adlı anasına  Leyla, Sahab adlı bacılarına,
Həsən adlı qardaşına həsrət qaldı...Nə geri
dönməyə qoydular nə illərlə  doğmalarını
aramağa qıydılar...Bu tərəfdə bir qarabaxt oğlan
böyüdü...Bir qarnı ac, bir qarnı tox... özgələr
sahib çıxdı ona... Böyüdü...Evləndi...üç  oğlu
dünyaya gəldi. Amma dərd , həsret əlindən yaşı
otuzu kecmədi... Bir gün dözməyib doğmalarının
həsrətinə əli ürəyinin üstünde gözləri TƏBRİZƏ tərəf  kecinib... İşə bir bax ...o tərəfdə gözləri
yollara dikilən  doğmaların bu tərəfdəki  itkilərinin
ölümünü  belə bilməyib...Ondan üç oğul qaldı bu
VƏTƏNDƏ .. Ən kiçiyi mənim atam...
Qonşuda bir qız yaşarmış... Uşaqlığından
anasını itirən  minbir acıyla böyüyən  qız...
Bir gün dözməyib ögey  anasının
sitəmlərinə...gəlib durub evlərinin qarşısından
axan coşub- daşan Arpacayın sahilində...Yumub
gözlərini... özünü  dəli sulara atmaq
istəyib...Qonşuluqda yaşayan o kasıb
oğlan yəni mənim atam görüb  o qızı tutub əllərindən evlərinə gətirib...Bir özgəsinin
paltarı, bir başqasının  yaylığı ilə  gəlin köçüb
anam... Mən də həmən evdə doğulmuşam...
Evimizi də öz əliylə  qurub.. Qapısını
pəncərəsini də özü  yonub...Beş körpə doğulub o.evdə...Uşaq böyüdə-böyüdə min bir zillətlə yuva qurublar özlərinə... Amma hamımız uşaq ikən
Ən kiçiyimiz bir yaşında...həm də Novruz
bayramında evdən gülə- gülə işe gedən atamı
vay- şivənlə çiyinlərdə gətirdilər...  Yadımdadır... O gün qonşumuz
Çiçək xala yığıb bizi başına evlərinə
apardı...Qarşmıza süfrə açıb çörək qoydu...amma
baxıb- baxıb süfrəyə əllərimizi uzada bilmedik...
Qəhər  boğazımızı eiə kəsdi...əllərimiz çörəyi
kəsmədi...Sonra hər axşam qısılıb  bir birimize
axşamdan  yatdiq...Daha hər axşam bizi
kürəyində gəzdirən ,öpüb əzizləyən atamız yoxdu...
Ömrünün  otuz ikinci baharından beş
uşaqla yalnız qalan anam...Nə doğulduğu ili
bilir nə doğulduğu günü...Yaşı  bilinməyən dərdi
üzündən oxunan anam. Deyəsən doğulduğu il
əzab ilidir doğulduğu gün talesizlik...oğul toyu
edəndə də ağlayıb, qız köçürəndə də ...Hər gün
bir il qocalan anam...menim yazıq anam...Yaşı
neçəyə çatıb  bilmirik...Uşaqlıqdan  dərdlə -
kədərlə  qoşa böyüyən biz hələdə dərddən  ,acıdan
ayrıla bilmirik...Biz beşimiz bir yerə yığılıb bizi
əzabla böyüdəni xoşbəxt edə bilmirik...
Yadımdadır...Bir müəllimiz vardı...Elə hey
bir " xarici ölke" haqqında danışardı...Sonra da
baxıb- baxıb üzümə " sənin gözlərin Anadolu
qızlarının  gözlərinə bənzəyir"- deyərdi...və nədənsə
dərsimi bildim bilmədim jurnala beşləri düzərdi...
Aylar aylari , illər- illəri qovdu...Və bir gün
tarix  təkrar olundu ...Yenə qaç-haqaç yenə qov-haqov ...Yenə VƏTƏNDƏ vətənsizlik..Yenə
həsrət  yenə hüsran...Çox şey itirdik...
Qazandığımız  da oldu." Xarici ölkə" deyilən yer
dönüb doğmamız oldu. 

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ