Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb.
Düşən yağıntının miqdarı Əlibəydə(Zaqatala) 12 mm, Şahdağda 10 mm, Ordubad, İsmayıllı, Şahbuz, Culfa, Balakən, Zaqatala, Şəki, Şamaxı, Quba, Qusar, Xaçmaz, Xaltan, Şabran, Astarada 5 mm-dək olub.
İyulun 3-də qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq Naxçıvanda 16 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 31, Aran rayonlarında 34, dağlıq rayonlarda 20-25 dərəcəyə isti olub.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi