Qazaxıstanın Ukraynadakı səfirliyi həmvətənlərinə təhlükəsizlik baxımından Odessa və Xarkov vilayətlərini tərk etməyi tövsiyə edib.
AvroMedia.az xəbər verir ki, “Ukraynanın Odessa və Xarkov vilayətlərində artan gərginlik və qeyri-sabit təhlükəsizlik vəziyyəti ilə əlaqədar Qazaxıstan Respublikasının Ukraynadakı Səfirliyi Qazaxıstan vətəndaşlarına bu bölgələri tərk etmək barədə düşünməyi tövsiyə edir”, - səfirliyin məlumatında deyilir.
Həmçinin, səfirlik qazaxıstanlılara Ukraynadan Qazaxıstana iki yerüstü marşrutla - Polşa və ya Moldovadan keçməyi, sonra isə kommersiya aviareysləri ilə qayıtmağı məsləhət görüb.
Mənbə: TASS

Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı