Əsli Kazımova: Azərbaycan hər zaman sülhün tərəfdarı olduğunu nümayiş etdirir
Tarix: 9-02-2023, 12:39
Baxılıb: 24
Google+ Paylaş
Tumblr Paylaş

Əsli Kazımova: Azərbaycan hər zaman sülhün tərəfdarı olduğunu nümayiş etdirir

9-02-2023, 12:39

"İki ilə yaxındır ki, davam edən və iki istiqamətdə aparılan Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşması, başqa sözlə sülh prosesinin uzanması Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır. 2021-ci ilin dekabrından başlayaraq sülhyaratma prosesində vasitəçilik edən Avropa İttifaqının moderatorluğu ilə baş tutan danışıqların nəticə verməməsinin də əsas səbəbi  Ermənistanın mövqesizliyidir. Bu ölkə ikiüzlü siyasətini davam etdirməklə, nələrəsə nail olmaq fikrindədir. Bir tərəfdə sülhdən, ərazi bütövlüyünün tanınmasından, delimitasiya və demarkasiyanın vacibliyindən bəhs açan Ermənistan nəticədə üçtərəfli bəyanata və bu bəyanatla üzərinə götürdüyü öhdəliklərə riayət etmir. Azərbaycan torpaqlarında hələ də erməni silahlı birləşmələri mövcuddur. Eyni zamanda, həmin silahlı birləşmələr vaxtaşırı müəyyən təxribatlar törədir və sülh prosesinin yekunlaşmasına mane olur".

Bu fikirləri Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova bildirib. Partiya sədrinin fikrincə, son proseslər bir daha onu göstərdi ki, Azərbaycan işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyətə nəzarət edir, Qarabağ ermənilərinin yaşadığı ərazilərdəki proseslər isə daim diqqət mərkəzində saxlanılır. Orada baş verən bütün hadisələr və cərəyan edən proseslər barədə tam dolğun məlumatımız var. Eləcə də, nə Ermənistan, nə onun havadarları, nə də hər hansı üçüncü bir qüvvə bu vəziyyəti dəyişə bilməz. "Azərbaycan hər zaman sülhün tərəfdarı olduğunu nümayiş etdirir. Ölkəmiz qalib tərəf olsa da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istmədiyini önə çəkir – 2023-cü ilin sülh ili olmasını arzulayır. Bunun üçün isə real şərtlər ortadadır – Ermənistan özünün əsassız iddialarından əl çəkməli və ölkəmizin önə sürdüyü 5 şərtin əsasında sülhə razılaşmalıdır. Əks halda, Azərbaycan BMT Nizamnaməsinin 51-ci bəndinə əsasən öz hüququndan istifadə etməli olacaq. Azərbaycan mövqeyində qətidir: Qarabağla bağlı heç bir məsələ müzakirə predmeti ola bilməz. Əksinə, bu məsələdə israr edənlər Azərbaycanın dəmir yumruğunu növbəti dəfə görə və dada bilərlər", -deyən Ə.Kazımova vurğulayıb ki, bu ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev də bildirib ki, bəzi Qərb mətbuatında bizə qarşı yeni dalğa, çirkin böhtan kampaniyası artıq geniş vüsət alır. Onun ilk təzahürlərini biz görürük, amma ehtimal edilir ki, növbəti çirkin addımlar da atılacaq. Amma bu, bizi dayandırmayacaq. Cənab Prezident bildirib ki, hesab edirəm və ümid etmək istəyirəm ki, 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq və bu il belə hadisələr baş verməyəcək: "Təbii ki, Ermənistan əsl reallığı dəyərləndirməlidir. Bu gün Azərbaycan dünyada enerji layihələrinin mühüm təşəbbüsüçüsü kimi şöhrət qazanıb. Ölkəmizin Avropanın enerji təminatındakı rolu yüksək səviyyədədir. Eyni zamanda nəqliyyat-kommunikasiya layihələrində iştirakımız region üçün yeni perspektivlər qazandıracaq. Bu mənada, Ermənistan nə qədər tez sülhə gəlsə, Azərbaycanın şərtlərini qəbul etsə, o qədər xeyir götürəcək. Əks halda, Ermənistanın sosial-iqitsadi vəziyyəti daha da pisləşəcək. Bu gün bəzi ölkələr, hətta İranın timsalında region ölkələri belə Ermənistanı destruktiv addımlara "həvəsləndrir". Amma İran burada özünün korporativ maraqlarını güdür. Ermənistan İranın addımlarını düzgün qiymətləndirməli, regionda sülhün, təhlükəsizliyin davamlı şəkil almasındakı öhdəliyini yerinə yetirməlidir".


Fəridə Qafarqızı

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ