Paytaxtın daha bir küçəsində yol hərəkəti yenidən təşkil edildi
Tarix: 20-08-2024, 23:03
Baxılıb: 3 174
Google+ Paylaş
Tumblr Paylaş

Paytaxtın daha bir küçəsində yol hərəkəti yenidən təşkil edildi

20-08-2024, 23:03

Paytaxtın mərkəzi küçələrinin birində yol hərəkətinin təşkilində dəyişiklik edilib.
Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın Xətai rayonunda yerləşən Yusif Səfərov küçəsindən gedir.  Yol hərəkətinin yenidən təşkilindən sonra kəsişmədə arakəsmə ləğv edilərək nizamlanan yolayrıcı yaradılıb. Bununla da Xocalı prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinin kəsişmədən birbaşa sola hərəkəti təmin olunub.
Yol hərəkətinin  yenidən təşkil edilməsi isə avtomobillərlə yanaşı  bu istiqamət üzrə hərəkət edən ictimai nəqliyyat vasitələrinin izafi yükünü azaltmaq  üçün nəzərdə tutulub.
Sürücülər də işıqforların quraşdırılmasından sonra tıxacın azaldığını bildirirlər.
Ərazidə Piyadaların əlçatanlığı və təhlükəsizliyinin təmin edilməsi üçün Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən işıqforlar quraşdırılıb, işıqforların qarşısında  isə nizamlanan eynisəviyyəli piyada keçidləri təşkil olunub.
Qeyd edək ki, yaxın günlərdə həm Yusif Səfərov küçəsində həm də  Xocalı prospektində velosipedlər üçün zolağın çəkilməsi nəzərdə tutulur. İctimai nəqliyyatın rahat hərəkəti üçün isə artıq avtobus zolağının çəkilməsi istiqamətində işlərə başlanılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ