Qərbi Azərbaycan Xronikası: Yunanlar Allahverdi rayonuna nə üçün gəlmişdilər? - VİDEO
Tarix: 15-11-2023, 21:54
Baxılıb: 2 625
Google+ Paylaş
Tumblr Paylaş

Qərbi Azərbaycan Xronikası: Yunanlar Allahverdi rayonuna nə üçün gəlmişdilər? - VİDEO

15-11-2023, 21:54

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə ermənilərin  addəyişmə siyasətinin qurbanına çevrilən, tarixi məkanlarımızdan olan Allahverdi rayonu haqqında süjet hazırlanıb.
“Azərbaycan türklərinin və yunanların birgə yaşadığı məkan” adlı süjetdə Azərbaycan türklərinin tarixi-etnik torpaqlarındakı izlərini silmək məqsədilə ermənilərin daim addəyişmə əməliyyatları keçirib, oğuz-türk adlarını müxtəlif bəhanələrlə, eləcə də Sovet Ermənistanı dövründəki inzibati rayonların bölgüsü əsasında özününküləşdirməsindən bəhs olunur.
Bildirilir ki, Allahverdi rayonu Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşib. Qədim türk adı Manas olan bu ərazi XI əsrdən sonra səlcuqların, monqol-tatarların tərkibinə daxil olub, XVIII əsrdə Nadir şah Əfşarın tabeliyi altına keçib. XIX əsrin sonu və XX əsrin əvvəllərində, yəni 1880-ci ildən 1921-ci ilədək Tiflis quberniyasının Loru-Borçalı qəzasının tərkibində olub. 1920-1929-cu illərdə Loru-Pəmbək qəzasının tərkibinə daxil edilib. Borçalı çayının sahilində yerləşən rayon Qafqazın beş verstlik xəritəsində qeyd olunub. Rayon kimi 1930-cu il sentyabrın 9-da yaradılıb və 1969-cu il sentyabrın 19-na qədər Allahverdi rayonu, həmin tarixdən 1995-ci ilədək isə   Tumanyan adlanıb. Hazırda rayon əhalisinin hamısını ermənilər təşkil edir.
Qeyd olunur ki, toponimi borçalı türk tayfasına mənsub allahverdi etnonimi adı əsasında əmələ gələn bu ərazinin əsas sakinləri azərbaycanlılardan ibarət olub: “1918-1920-cı illərdə azərbaycanlılar ermənilər tərəfindən öz doğma torpaqlarından qovulub. Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlıların sağ qalanları geri qayıtsalar da evlərinə erməni əhali yerləşdirilib. Nəhayət, 1988-ci ildə  azərbaycanlılar tamamilə deportasiya edilib, doğma yaşayış yerlərini tərk etməyə məcbur olublar.  
Sonda vurğulanır ki, ermənilər daim yer-yurd adlarını dəyişdirib, tarixi saxtalaşdırma ilə məşğul olub, xalqımıza qarşı düşmənçilik siyasətini davam etdiriblər: “Haylar və daşnaklar rayonlarımızın adlarını yadlaşdırmaqla milli ünvanların izini itirməyə çalışıb, toponimləri hədəf seçiblər. Lakin bu siyasi hədəf artıq puç olma dövrünü yaşayır. Daşların yaddaşına yazılmış tarixi pozmaq və ya dəyişmək yadellilərə heç də həmişə uğur gətirə bilməz. Çünki bu yaddaş Azərbaycan xalqına məxsusdur”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ