Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.
AvroMedia.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.
2024-cü il üçün Həcc mərasimlərini yerinə yetirmək istəyənlərə saxta Həcc kampaniyalarının qurbanı olmamaq barədə xəbərdarlıq edilir.
Qeyd olunur ki, Həcc ziyarəti yalnız Səudiyyə Ərəbistanı Krallığının müvafiq orqanları tərəfindən verilmiş Həcc vizası ilə və onların Həcc işləri üzrə idarələri vasitəsilə ölkələrlə razılaşdırılmaqla və ya rəsmi Həcc ziyarəti olmayan ölkələr üçün “Nusuk Hajj” platforması vasitəsilə həyata keçirilə bilər.
Vurğulanır ki, artıq İraq Respublikasında Həcc və Ümrə üzrə Ali Orqanı zəvvarları aldadan 25-dən çox saxta şirkətin rəhbərini həbs etdirib.

Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı