Aləmzər SADİQQIZI
Dilbər Axundzadənin " Müşviqli günlərim" kitabını oxuyanda 16 yaşım vardı... Bütün xəyallarımın başında Müşfiq könüllü biri dayanırdı... Harda oldumsa onların rəsmini özümlə daşıdım... Ən böyük xəyalım isə gözəl bir evim və ən gözəl yerdə onların rəsmini görmək idi...
İllər ötdü.... Bir gün Rafael Hüseynovun "Zərrələr" ini oxudum...Sən demə mənim sədaqət və məhəbbət simvolu bildiyim Müşfiq bu şeiri o çox sevdiyi Dilbərə yox Ənvər Məmmədxanlının bacısı Arifə xanıma yazıbmış...Arifə xanım da onu çox sevdiyi üçün ərə getməyibmiş...
Bir gün " Müşfiq günləri"ni təşkil edən onun dostu Gülhüseyin müəllimə yaxınlaşıb soruşdum...İstəyirdim desin ki, yalandı... məni bu sıxıntıdan qurtarsın...O da dedi ki, nə az, nə çox düz 8 qadın şeirin əlyazma variantını ona verib və iddia edib ki, şeir ona yazılıb...
Və çoxdan çat-çat olmuş həyat çilik-çilik olub içimə töküldü...
Bu da mənim hekayəm...

Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı