İFTARÇAĞININ HEKAYƏSİ
Tarix: 13-03-2024, 22:00
Baxılıb: 3 077
Google+ Paylaş
Tumblr Paylaş

İFTARÇAĞININ HEKAYƏSİ

13-03-2024, 22:00

İşdən yorğun- arğın gəlmişdim, hələ iftara bir saat var idi...
Tələbəlik vaxtlarını xatırlayırdım. Dərsdən çıxmışdım, acından ölürdüm. Evə çatmağa səbr qalmamışdı...
Yaxınlaşdım bir kafeyə, piti sifariş etdim.
Aclıq, bayırda soyuq, yağış...
Pitini elə gözləyirdim ki..
Bir şəxs girdi içəri. Ora- bura, yemək yeyənlərə baxıb, mənə yaxınlaşdı.
- Mənə yemək alarsan?. Çox acam..
Orta yaşlı, üz- gözünü tük basmış bu adama diqqətlə baxdım, heç nə çıxara bilmədim. İstifadəçidir, doğurdan acdır, ya nədir...
Niyə bu qədər adamın içində mənə yaxınlaşdı ki?
- əyləşin. - dedim.
Ofisanat pitini gətirdi. Çox dadlı idi, iyindən hiss etdim.
- Siz bunu yeyin, mənə də gətirəcək- dedim.
Qonağım pitini boşqaba boşaldıb, yeməyə başladı. Nə sağ ol demədi, nə mənə təklif etmədi.
- birini də gətir-- ofisnta dedim.
Ofsiant başı ilə " oldu"- deyib getdi.
Əlimi cibimə saldım, qonağım kimi cibimdən də şübhəli idim..
Ayağa qalxıb qonağa:
- sizə nuş olsun, mən təcili getməliyəm- deyib, ofisanta yaxınlaşdım. Bir pitinin pulunu verib, getməli olduğumu dedim. Çönüb yenidən qonağıma baxdım, o da bizə diqqətlə baxırdı. Yeməyi dayandırmırdı, çox zövqlə yeyirdi, yemək də çox dadlı idi, uzqdan da olsa qoxsu gəlirdi, o doğurdan da ac idi...
İnstitutu bitirmişdim, təyinat almışdım rayonların birinə. Bu gün gedərəm, sabah gedərəm- deyib, gedib çıxa bilmirdim.
Sentyabrın yağışlı bir günündə düşündüm ki, ta yüz faiz gedəcəm. Gəldim aftovağzala. Bilet aldım, gözləməy başladım. Aclıq özünü göstərməyə başladı. Girdim kafeyə, düşündüm ki, nə olar, təyinat rayonu qaçmır ki, bir iki qutab yeyib gedərəm. Fikirimi dəyişdim, yaxşısı budur piti yeyim.
Ofisant pitini gətirdi, dadlı idi, qoxsundan, rəngindən bilirdim. Yağış, soyuq, aclıq, piti...
- 100 qr da araq gətirin, zəhmət olmasa..
Ofisant başı ilə " baş üstə" işarə edib getdi. Bu piti yemək üçün ikinci cəhdim idi. Alındı, pitini yedim, çox ac idim.
Yuxu məni aparırdı. Bileti qaytarıb evə qaytdım.
Sonralar necə oldusa, heç təyinat verilən rayona getmədim.
- mənə də dönər al! - çönüb baxdım, ortayaşlı. Bir şəxs idi.
- yaxşı.
- ə çıx, çıx get burdan- dönərçi ona acıqlandı.
O hakim kimi:
- çörəkdə dönər düzəlt mənə! - dedi.
İki dönərij pulunu verib:
- ona da düzəldin- dedim.
Qızıma aldığım dönəri götürüb, ona baxa- baxa uzaqlaşdım.
Dəqiq bilirdim ki, bir- iki dönər aldırıb kimlərəsə,  o üzdən dönərçi qovur.
Amma o doğurdan da ac idi, yoxsa belə ərkələ, hökmlə:- dönər düzəlt mənə.- deməzdi.
Bir neçə gün əvvəl baş vermiş bu hadisə zamanı birr şeyi anlamdım ki, mən niyə tələbə vaxtından fərqli olaraq,   indi  hazır dönəri qızıma götürdüm, ona vermədim ? Yaş ötmüşdü, zaman məni sıfırın soluna- şeytan tərəfə çəkmişdi, ya sevgilər insanı əsir alır?
Bəlkə ona görə mələklərin övladı, qohum əqrabası olmur..
Bu fikirlər də dönər və piti istəyən, zamanları aşıb, gələn- gedən sınaq mələklərinin üz cizgiləri  kimi qarşıq idi.
Hələ zəbbanilər də varmış, soyuqqanlı, daşürəkli, onların sifət cizgiləri görəsən nə cürədir? Piti, dönər istəyənlər onların yanında toya getməlidilər yəqin ki..
Azan səsi gəlirdi...
S. Qarayev.
13.03.2024
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ