Qərbi Azərbaycan Xronikası: Ruslar Seyidli-Axsaxlı mahalını niyə ləğv ediblər? - VİDEO
Tarix: 27-09-2023, 21:30
Baxılıb: 2 633
Google+ Paylaş
Tumblr Paylaş

Qərbi Azərbaycan Xronikası: Ruslar Seyidli-Axsaxlı mahalını niyə ləğv ediblər? - VİDEO

27-09-2023, 21:30

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə indiki Ermənistan adlanan ərazidə məkrli siyasətlə izi itirilən Seyidli-Axsaxlı mahalı haqqında süjet hazırlanıb.
“Ermənilərin düşmənşilik toxumu səpdiyi mahal” adlı süjetdə Cənubi Qafqaza, o cümlədən Qərbi Azərbaycan adlanan əraziyə ermənilərin havadarları tərəfindən gətirildiyi, burada yaşayan əzəli sakinlərin - azərbaycanlıların ata-baba yurdlarından sıxışdırıb çıxarıldığı, daşnakların tarixən xalqımıza qarşı düşmənçilik hissi ilə yaşadığı vurğulanır.
Bildirilir ki, İrəvan xanlığının 15 mahalından biri olan Seyidli-Axsaxlının zəngin coğrafiyası olub. Talın mahalının sərhədlərindən başlayaraq Alagöz dağının cənub və şərq ətəkləri ilə Abaran mahalına qədər əraziləri əhatə edib. Mahalın adı iki türk tayfasının seyidli və axsaxlı adını əks etdirir və etnotoponimdir. Mərkəzi Uşi, yəni Üşü olan bu mahalın cəmi 20 kəndindən 11-i Seyidli tayfasına, 9-u isə Axsaxlı tayfasına məxsus olub.
Qeyd olunur ki, 1828-ci ildə İrəvan xanlığı ləğv edildikdən sonra Seyidli-Axsaxlı mahal da ləğv olunub:
“Alagöz dağının әtәyindә azәrbaycanlıların yaşadığı bu ərazidən bütün әhali 19 әsrin ortalarında başlayaraq sıxışdırılıb çıxarılıb. Buraya Türkiyә vә İrandan gәlmә ermәnilәr yerlәşdirilib. Mahalın ərazisi param-parça edildikdən sonra 1918-ci ildә ermәni-daşnak qüvvәlәri tərəfindən buranın әhalisi zorla qovulub. Bölgədə sovet hakimiyyəti qurulandan sonra әhalinin bir hissәsi geri qayıdaraq yaşadıqları kәnd və yurd yerlərini bәrpa edib. Mahal ərazisində 1930-cu il sentyabrın 9-da Әştәrәk bölgəsi yaradılıb. 1950-ci ildə isə Əştərək lәğv edilib. Nəhayət, 1988-ci ildə ermәnilәr azərbaycanlıları mәcburәn oradan çıxarıblar. Hazırda Seyidli-Axsaxlı mahalının ərazisi indiki Araqasotn və Ararat vilayətlərinin keçmiş Əştərək, Talin, Abaran rayonlarının həmsərhəd ərazisi hesab olunur”.
Süjetdə diqqətə çatdırılır ki, “dənizdən-dənizə, böyük Ermənistan” yaratmaq iddiası ilə yaşayan, tarixən müəyyən dairələrinin əlində türk xalqlarına qarşı terrorçuluq alətinə çevrilən ermənilər qədim oğuz ellərini - bu gün Ermənistan adlanan ərazini özününkü sayıraq düşmənşilik toxumu səpməklə məşğul olurlar:
“Lakin bu yerlərin çürük yox, saf toxuma ehtiyacı var. Əminik ki, qədim oğuz yurdunun sakinləri doğma yurd-yuvalarına qayıtmaqla ermənilərin düşmənçilik toxumun kökü birdəfəlik kəsiləcək, Qərbi Azərbaycan sülh, əmin-amanlıq məkanına çevriləcək”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Daha ətraflı Baku TV-nin süjetində:
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ