Qərbi Azərbaycan Xronikası: Zəngəzurdan gətirilən qiymətli daşın aqibəti
Tarix: 14-09-2023, 22:46
Baxılıb: 3 297
Google+ Paylaş
Tumblr Paylaş

Qərbi Azərbaycan Xronikası: Zəngəzurdan gətirilən qiymətli daşın aqibəti

14-09-2023, 22:46

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Liliparın təqdimatında “Nüvədidən gətirilən Qarqardaşının taleyi” adlı süjet hazırlanıb.
Süjetdə Qərbi Azərbaycanın Zəngəzur mahalının Nüvədi kəndində tapılan “Qarqardaşı” qədim türk xalqlarını yazılı tarixinin bariz nümunəsi kimi təqdim olunur.
Bildirilir ki, bu daş 1985-ci ildə Nüvədi kənd sakini, şair-araşdırmaçı Həmzə Vəli tərəfindən tapılıb. Böyük araşdırma aparan və onun tarixi əhəmiyyətini önə çəkən tədqiqatçı bu nümunəni o vaxtdan Qərbi Azərbaycandan gətirərək qoruyub saxlayıb: “Bu daş Qərbi Azərbaycan torpaqlarının, o cümlədən Zəngəzur mahalının ən qədim zamanlardan əzəli türk yurdu olduğunu əsaslı şəkildə sübut edir. Əski qayaüstü təsvirlər və onların olduğu yerdə qədim türk-run əlifbası ilə yazılar bu ərazinin tarixən alban boylarından biri olan qıpçaq mənşəli qarqar xalqının yaşadıqları geniş areala daxil olduğundan xəbər verir. Diqqəti çəkən əsas fərq “Qarqardaşı” yazısında Orxon-Yenisey abidələrindəki yazıların bənzərliyidir. Bu yazı V-VII əsr Talas daşlarından da Antik dövrə aiddir”.
Araşdırmaçılar Üzeyir Əlizadə, Aydın Allahverdi və Füzuli Məcidli bu daşın tarixi ilə bağlı maraqlı faktlar üzə çıxarırlar: “Nüvədi camaatı ilk olaraq bu daş tapılan dağa Qarqadaşı deyirdilər. Bu daş tapılandan sonra məlum oldu ki, əslində, bu, “qarqa” deyil “qarqar” daşıdır. Qarqar yazıları və tayfaları qədim türkə aiddir. Ona görə də bunu beynəlxalq ictimaiyyətə çatdırmaq üçün daha çox iş görməyə ehtiyac var”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ