Təhsil müəssisələrində ilk dərs günü “Konstitusiya və Suverenlik İli”nə həsr ediləcək.
AvroMedia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planında öz əksini tapıb.
Tədbirlər Planında qeyd olunub ki, il ərzində yeniyetmələr və gənclər üçün olimpiadaların, müsabiqələrin, marafonların, debatların və təlimlərin keçirilməsi, “Zəfərin izi ilə” layihəsi çərçivəsində məktəblilərin, tələbələrin və könüllülərin işğaldan azad edilmiş ərazilərə səfərlərinin təşkili, təhsil müəssisələrində ilk dərs gününün “Konstitusiya və Suverenlik İli”nə həsr edilməsi, xüsusi dərslərin və mühazirələrin təşkili həyata keçirilsin.
Qeyd olunan tədbirlərin təşkili üçün icraçı orqanlar Prezident Administrasiyası, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Miqrasiya Xidməti, Gənclər Fondu, Medianın İnkişafı Agentliyi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri və Konstitusiya Məhkəməsi (tövsiyə olunur) müəyyən edilib.

Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı