SON DƏQİQƏ! Yeni ixtisaslar yaradıldı
Tarix: 10-08-2024, 11:21
Baxılıb: 3 625
Google+ Paylaş
Tumblr Paylaş

SON DƏQİQƏ! Yeni ixtisaslar yaradıldı

10-08-2024, 11:21

Bu il Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində iki yeni ixtisas yaradılıb.
AvroMedia.az xəbər verir ki, bu ixtisaslar dronların texniki xidməti və təmiri üzrə mütəxəssis və alternativ enerji qurğu və avadanlıqlarının istismarıdlr.
Qeyd edək ki, bununla da təhsil müəssisəsində ixtisasların sayı 22-yə çatıb.
Xatırladaq ki, mərkəzin açılışı ötən ilin iyul ayında Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. Ən müasir infrastruktur, maddi-texniki baza ilə təchiz olunan Mərkəzin ərazisində 25 sinif otağı, 3 laboratoriya, 13 emalatxana, informatika kabineti, STEAM Mərkəzi, praktiki məşğələ otağı, kitabxana, 252 yerlik akt zalı, 128 yerlik yeməkxana, idman zalları və meydançaları, avtotəmir binası, maldarlıq ferması və digər köməkçi binalar yerləşir.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ