Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin dəvəti ilə bu ölkədə rəsmi səfərdədir.
AvroMedia.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
AvroMedia.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Protokola uyğun olaraq rəsmi qarşılanma mərasimində Baş Qərargah rəisləri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Sonra general-polkovnik Kərim Vəliyev Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveyko ilə görüşüb.
Görüşdə Azərbaycanla Belarus arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi və inkişaf perspektivləri müzakirə edilib.
Tərəflər həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Minsk şəhərində yerləşən Qələbə meydanındakı Qələbə abidəsini ziyarət edərək abidə önünə əklil qoyub.
Daha sonra qonaqlar Belarus Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) bölməsini ziyarət edib, akademiyanın tədris-maddi bazası və laboratoriyaları ilə tanış olublar.

Cəmi 20 dəqiqə- Siqareti tərgitdikdən sonraorqanizmdə baş verənlər
İtaliyanın 7 şəhərində “qırmızı” təhlükə səviyyəsi elan edildo
Ətin qiyməti 30 manatı keçə bilər
Başqasının sürdüyü avtomobilin cəriməsini kim ödəməlidir?
İran ordusu Hörmüz boğazının Tehranın nəzarəti altında qalacağını bildirir
Azərbaycan avarçəkənlərindən uğurlu nəticələr
250-yə yaxın yeni ixtisas yaradılıb
Tikilməmiş mənzillərin təkrar satışına son qoyulur
Bu il 3 mindən çox müəllim imtahandan kəsilib - RƏSMİ
Sabah Milli Məclisin son iclası keçiriləcək
Sabah 39 dərəcə isti olacaq