İtaliya Səhiyyə Nazirliyi çərşənbə günü gözlənilən yeni isti hava dalğası ilə əlaqədar Roma da daxil olmaqla yeddi şəhərdə ən yüksək - "qırmızı" hava təhlükəsi səviyyəsi elan edib.
AvroMedia.Az xəbər verir ki, bu barədə məlumat qurumun saytında yerləşdirilib.
Nəşrin məlumatında qeyd olunub ki, Florensiya və Perudcedə "qırmızı" xəbərdarlıq artıq bazar ertəsindən qüvvədədir.
Sinoptiklər bildirirlər ki, hazırkı isti hava dalğasına Apennin yarımadasını tamamilə bürüyən Afrika antitsiklonu səbəb olub.
Onların proqnozlarına görə, İtaliyanın mərkəzi və cənub bölgələrində, həmçinin Sardiniyada temperatur 39-41 dərəcəyə qədər yüksələcək. Florensiyada 39, Romada isə 38 dərəcəyə qədər isti gözlənilir.
Güclü bürkü ilə əlaqədar meteoroloqlar hər kəsi bütün ehtiyat tədbirlərinə riayət etməyə çağırır, xüsusən də bu, uşaqlara və yaşlı insanlara aiddir. Onlara imkan daxilində evdə qalmaq, bol su içmək və fiziki yüklənməni məhdudlaşdırmaq tövsiyə olunub.

Cəmi 20 dəqiqə- Siqareti tərgitdikdən sonraorqanizmdə baş verənlər
Ətin qiyməti 30 manatı keçə bilər
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
Başqasının sürdüyü avtomobilin cəriməsini kim ödəməlidir?
İran ordusu Hörmüz boğazının Tehranın nəzarəti altında qalacağını bildirir
Azərbaycan avarçəkənlərindən uğurlu nəticələr
250-yə yaxın yeni ixtisas yaradılıb
Tikilməmiş mənzillərin təkrar satışına son qoyulur
Bu il 3 mindən çox müəllim imtahandan kəsilib - RƏSMİ
Sabah Milli Məclisin son iclası keçiriləcək
Sabah 39 dərəcə isti olacaq