“ABŞ Prezidenti Donald Trampı NATO sammiti zamanı Türkiyədə qətlə yetirməyi planlaşdırıblar”.
AvroMedia.Az xəbər verir ki, bu iddia ilə İsrailin “12-ci kanal”ı adı açıqlanmayan Qərb ölkəsinin kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.
Xüsusi xidmət orqanlarının məlumatına görə, sui-qəsdin hazırlanmasının arxasında Tehran dayanıb. Xəbərdarlıq ABŞ tərəfini Trampın Türkiyəyə səfər etdiyi təyyarəni dəyişməyə məcbur edib.
Belə ki, ABŞ mətbuatının yazdığına görə, Ağ Ev rəhbəri Ankaraya Qətər kral ailəsinin hədiyyə olaraq verdiyi yeni təyyarə ilə səfər etsə də, ölkəsinə köhnə təyyarə ilə qayıdıb. Buna səbəb, yeni təyyarədə raket zərbələrindən müdafiə sisteminin olmaması olub.
Bildirilir ki, son vaxtlar Ağ Ev administrasiyası Trampın həyatı üçün mümkün təhdidlər barədə mütəmadi məlumatlar alıb. Tramp özü də sammit çərçivəsində çıxışı zamanı sui-qəsd qurbanı ola biləcəyini bildirib və özünü “İranın qətl siyahısında bir nömrəli şəxs” adlandırıb. O həmçinin bildirib ki, İran tərəfindən sui-qəsdə uğrayacağı təqdirdə İslam Respublikasına qarşı hərbi zərbələrin endirilməsi ilə bağlı əvvəlcədən göstəriş verib.

Cəmi 20 dəqiqə- Siqareti tərgitdikdən sonraorqanizmdə baş verənlər
İtaliyanın 7 şəhərində “qırmızı” təhlükə səviyyəsi elan edildo
Ətin qiyməti 30 manatı keçə bilər
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
Başqasının sürdüyü avtomobilin cəriməsini kim ödəməlidir?
İran ordusu Hörmüz boğazının Tehranın nəzarəti altında qalacağını bildirir
Azərbaycan avarçəkənlərindən uğurlu nəticələr
250-yə yaxın yeni ixtisas yaradılıb
Tikilməmiş mənzillərin təkrar satışına son qoyulur
Bu il 3 mindən çox müəllim imtahandan kəsilib - RƏSMİ
Sabah Milli Məclisin son iclası keçiriləcək
Sabah 39 dərəcə isti olacaq