İran ABŞ-ın Hörmüz boğazının idarəçiliyinə müdaxilə etməsinə icazə vermir və heç vaxt da buna icazə verməyəcək.
AvroMedia.Az xəbər verir ki, bunu İran ordusunun “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü İbrahim Zolfoqari deyib.
AvroMedia.Az xəbər verir ki, bunu İran ordusunun “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü İbrahim Zolfoqari deyib.
O bildirib ki, İran ABŞ ordusu tərəfindən tankerlərin və ticarət gəmilərinin tranzitinə yaradılacaq hər bir maneə və təhlükənin qarşısını qətiyyətlə alacaq.
Bundan başqa, İran tərəfindən təyin olunan marşrutların xaricində hərəkət edən və ordunun icazəsi olmadan üzən gəmilərə ciddi cavab veriləcəyi xüsusi vurğulanıb.
“Region ölkələrinin rəhbərlərinə xəbərdarlıq edirik: Amerika ordusuna göstərilən hər cür logistik dəstək və əməkdaşlıq İranın suverenliyinə və milli təhlükəsizliyinə qarşı müharibə kimi qiymətləndiriləcək. Müharibə genişlənsə, onun atəşi bütün regionu əhatə edəcək”, - Zolfoqari qeyd edib.
O vurğulayıb ki, regionda münaqişənin yayılması və təhlükəsizliyin pozulmasının məsuliyyəti ABŞ-ın və ABŞ ordusu ilə əməkdaşlıq edən ölkələrin üzərindədir.
Qeyd edək ki, ABŞ Prezidenti Tramp ABŞ-ın Hörmüz boğazına nəzarət edəcəyini və bunun müqabilində pul alacağını bildirib.

Cəmi 20 dəqiqə- Siqareti tərgitdikdən sonraorqanizmdə baş verənlər
İtaliyanın 7 şəhərində “qırmızı” təhlükə səviyyəsi elan edildo
Ətin qiyməti 30 manatı keçə bilər
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
Başqasının sürdüyü avtomobilin cəriməsini kim ödəməlidir?
Azərbaycan avarçəkənlərindən uğurlu nəticələr
250-yə yaxın yeni ixtisas yaradılıb
Tikilməmiş mənzillərin təkrar satışına son qoyulur
Bu il 3 mindən çox müəllim imtahandan kəsilib - RƏSMİ
Sabah Milli Məclisin son iclası keçiriləcək
Sabah 39 dərəcə isti olacaq