"Yunus Oğuz bütöv şəxsiyyətdir. Özü olmayan yerlərdə adı hər şeyi deyənlərdən biridir. Bu fikri çox sevirəm - "50 yaşa qədər sən adın üçün işlə, 50-dən sonra adın sənin üçün işləyəcək". Dostum Yunus bəyin şəxsində bu sözlərdəki həqiqətə bir daha əmin oldum. Bu fikri doğrultmaq üçün şəxsi istedadın üstündə yorulmaz əmək, zəhmətsevərlik və məqsədyönlü iş görmək lazımdır. Yunus bəy bunları etdiyinə görə 65 yaşına dopdolu "baqajla" gəldi. İnanıram ki, onun potensialı hələ tam açılmayıb. Bunun üçün günahkar onun özü deyil. Mühit və zaman özlərindən küssünlər ki, Yunus Oğuza bu şansları verməyənlərə şans verdilər".
Bu fikirləri "Bakı-Xəbər" qəzetinin baş redaktoru, politoloq və siyasətçi Aydın Quliyev Yunus Oğuza təbrikində bildirib:
"Bir neçə on illərdən keçmiş şəxsi dostluğumuz var. Onun haqqında yalnız dost olduğumuz üçün danışmıram. Dostum olmayan sadə bir azərbaycanlı kimi tanısaydım da, onun haqqında, yenə eyni sözləri deyərdim. Onu heç vaxt sınamadım. Fikirdə də olmadım. Çünki başlanğıcdan ona güvənməyin ən yaxşı başlanğıc olduğuna inandım. Əminəm ki, onunla yaxından dostluq edənlərin, onu yaxından tanıyanların hamısının qənaəti belədir. Təpədən dırnağa qədər vətənsevər, dövlətçi olan bir şəxsiyyətin insanlara özü haqqında ilk tanıtım mesajları başqa cür necə ola bilər ?! Yaratdığı "Olaylar" media qrupundan, yazdığı çoxsaylı tarixi romanlarından əvvəl o bir şəxsiyyət olaraq artıq vətənsevər və dövlətçi idi. Məhz bunlar olduğuna görə "Olaylar"-ı və tarixi romanları ərsəyə gətirdi. Bunları yazmaq üçün qandan gələn vətənpərvər olmaq lazım idi. Necə ki,Yunus Oğuz oldu.
Onun barəsində çox mənalarda dolğun danışmaq mümkündür. Çünki həqiqətən dolu adamdır. Şəxsiyyəti bütöv, fikri qəti və aydın, yaradıcılığı hərtərəfli, işləri məqsədyönlü, öz xarakterinə sadiq, getdiyi yolun uğurlarına inanan....Yunus bəyin bütövlük elementlərinin tam demədiyim siyahısı budur...
Azərbaycanın yaradıcı, ictimai-siyasi fəallarının hamısının olmasa da, çoxunun həyatı və fəaliyyətləri haqqında nələrisə bilirik .Üzdə olan şəxslərin kim və nəçi olduqları ən kritik dönəmlərdə üzə çıxır. Məhz bu məqamlarda "kimin əlinin hansı dövlət xadiminin və hansı dövlətin cibində olduğunu" aydın görmək olur. Müstəqillik tariximizin bütün mübarizə məqamlarında Yunus Oğuz "əli yalnız öz cibindən çıxan" şəxsiyyət kimi tanındı...
Mən Yunus Oğuzla dostluğumuzla qürur duyuram. Onunla dostluq eyni zamanda Azərbaycan ideyası ilə, milli-mənəvi , tarixi dəyərlərimizlə və insaniyyətlə dostluq deməkdir...
Həmişə belə qal, DOSTUM!
65-dən başladığımız yeni ömür səhnəsinə xoş gəldin!".

Türkiyə-Ermənistan sərhədindən ilk avtobus keçdi.
Ağstafaya qatarla hər şənbə-bazar da getmək olacaq.
Tətil sonrası sindromu: Milyonlarla insanın yaşadığı problem
Sabah 32 dərəcə isti olacaq.
Tez əsəbiləşən insanlar daha vicdanlı olur?
İran Küveyt hava limanına belə vurdu.
Bəzi nəqliyyat vasitələrində tanınma nişanları böyük hərflərlə yazılmalıdır
Bu sənəd pullu oldu.
Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir.
Bakıda tramvay xətlərinin çəkilməsi ilə bağlı mühüm yenilik.
Bu gəmilər yalnız əvvəlcədən müəyyənləşdirilən ərazilərdə hərəkət edə biləcəklər.