Bakı Enerji həftəsi tarixi qərara imza atdı
Tarix: 5-06-2025, 22:26
Baxılıb: 3 197
Google+ Paylaş
Tumblr Paylaş

Bakı Enerji həftəsi tarixi qərara imza atdı

5-06-2025, 22:26

İyunun 2-də Bakı Ekspo Mərkəzində Prezident İlham Əliyevin iştirakı ilə 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum” un rəsmi açılış mərasimi keçirilib.

 Prezident İlham Əliyev “Baku Energy Forum”un açılışında nitq söyləyərək bir daha bəyan etdi: “Artıq qeyd edildiyi kimi, ilk neft-qaz sərgisi 1994-cü ildə təşkil edilmişdir. Həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı. Bunlar Prezident Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. O, aydın şəkildə anlayırdı ki, xüsusilə də enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan - nəzərə alsaq ki, o zaman bizim iqtisadiyyatımızın ən cəlbedici sahəsi məhz enerji idi, - Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlət ola bilməyəcək. Çünki bu gün həmin dövrə nəzər salanda aydın olur ki, müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı. O zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başa çatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000 faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Bununla yanaşı, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Təsəvvür edirsiniz ki, gələcəklə bağlı nə dərəcədə qaranlıq mənzərə yaranmışdı?! Bu gün isə onu görürük ki, bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir.” Bəli, bu sözlər təkcə bir çıxışın deyil, 30 illik möhkəm strateji düşüncənin nəticəsidir. Bir daha deməliyəm ki, o strategiyanın təməlini Ulu Öndər Heydər Əliyev qoydu – “Əsrin müqaviləsi” ilə Azərbaycanın gələcəyini Xəzərin dərinliklərində yazdı. Cənab Prezident İlham Əliyev isə bu müqaviləni gələcəyə çevirdi – qazla Avropaya yol, enerji ilə sülh, iradə ilə sabitlik gətirdi. Bu gün 39 ölkədən 267 şirkət Azərbaycanın enerji iradəsinə şahidlik edir. Onlar buraya sərmayə ilə deyil, etibarla gəlirlər. Çünki bu torpaqda yalnız sərvət deyil, güvən hasil olunur. Cənab Prezident İlham Əliyev qeyd edib ki, “Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir. Neft və qazın bizim ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir. Bizim xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq və bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir. Biz insan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatırdıq. Savadlılıq səviyyəsi 100 faizə bərabərdir. Azərbaycan regionda yeni mühit formalaşdırdı. Açıq dənizə çıxışı olmayan ölkə olduğumuza baxmayaraq, biz Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik. Çünki biz infrastruktur layihələrinə çox böyük sərmayə yatırdıq. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən görüşlər, tərəfdaş ölkələrin və transmilli şirkətlərin nümayəndələri ilə aparılan müzakirələr, Azərbaycanın enerji strategiyasına olan beynəlxalq marağı bir daha nümayiş etdirdi. Bu platforma həm də yeni əməkdaşlıqların təməlini qoymaq, texnoloji tərəqqini təşviq etmək və regional təhlükəsizliyi təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır. Bakı artıq yalnız regional deyil, qlobal enerji dialoqunun mərkəzinə çevrilməkdədir və bu, Azərbaycanın artan nüfuzunun bariz nümunəsidir. Azərbaycanın bərpaolunan enerji sahəsindəki hədəfləri də Prezident İlham Əliyevin çıxışında geniş şəkildə əks olundu. Xüsusilə külək və günəş enerjisi sahəsində planlaşdırılan layihələr, Xəzər dənizində qurulacaq ilk külək elektrik stansiyası və bu istiqamətdə aparılan beynəlxalq əməkdaşlıq gələcəyin enerji xəritəsində Azərbaycanın önəmli rolunu daha da möhkəmləndirəcək. Eyni zamanda, “Yaşıl enerji zonasının” Qarabağ və Şərqi Zəngəzurda tətbiqi, işğaldan azad olunmuş ərazilərin enerji təminatının bərpaolunan mənbələrlə həyata keçirilməsi strateji və ekoloji əhəmiyyət daşıyır.

Türkanə Mübariz
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ