Mayın 15-16-da Albaniyanın paytaxtı Tiranada keçirilmiş “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında Prezident İlham Əliyevin iştirak etməsi Azərbaycanın beynəlxalq arenadakı yüksək nüfuzunun daha bir bariz təzahürü oldu.
Dövlətimizin başçısı bu mühüm tədbirə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Albaniya Baş naziri Edi Ramanın xüsusi dəvəti ilə qatıldı. Bu dəvətin özü belə Azərbaycanın artan strateji əhəmiyyətinə verilən beynəlxalq dəyərin göstəricisidir. Prezident İlham Əliyevin Tiranadakı çıxışlarında Orta Dəhliz layihəsinin əhəmiyyətinə xüsusi yer ayrıldı. Azərbaycan bu strateji nəqliyyat və logistika dəhlizinin təşəbbüskarlarından biri olmaqla yanaşı, həm də aparıcı oyunçusudur. Dövlətimizin başçısı bu istiqamətdə həyata keçirilən infrastruktur layihələri – limanlar, dəmir yolları, avtomobil magistralları və gömrük-logistika sistemlərinin modernləşdirilməsi ilə bağlı ətraflı məlumat verdi. Bütün bu təşəbbüslər Orta Dəhlizin nəqliyyat baxımından daha effektiv, daha cəlbedici olmasına xidmət edir. Tiranadakı görüşlərdə Xəzər dənizi üzərindən Mərkəzi Asiya ölkələrinin yaşıl enerji potensialının Avropaya daşınması layihəsi və Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan elektrik kabeli də gündəmdə oldu. Bu təşəbbüslər Prezident İlham Əliyevin nəinki bugünkü ehtiyacları, həm də gələcək tələbat və qlobal ekoloji trendləri nəzərə alan uzaqgörən siyasətinin bariz göstəricisidir. Zirvə toplantısında təxminən 50 ölkənin dövlət və hökumət başçılarının iştirakı Azərbaycanın beynəlxalq tədbirlərdə artan rolunu bir daha nümayiş etdirdi. Tədbirdə Avropanın yeni dünya düzənində liderliyini qoruyub saxlaması, iqtisadi təhlükəsizlik, enerji və sənaye davamlılığı, rəqəmsal transformasiya və miqrasiya kimi qlobal mövzular müzakirə olundu. Tirana sammitində Prezident İlham Əliyevin iştirakı həm qlobal diplomatiyada Azərbaycan rolunun möhkəmlənməsi, həm də regional liderlik ambisiyalarının yeni mərhələyə keçidi baxımından strateji əhəmiyyət daşıyır. Diplomatiyada "Azərbaycan məktəbi" - güc, hüquq və dəqiqlikdir. Prezident İlham Əliyevin xarici siyasət fəlsəfəsi sadə formullarla izah olunmayacaq qədər kompleksdir. O, güc tətbiqini diplomatik iradə ilə birləşdirən, hüququn aliliyini geosiyasi realizmlə sintez edən bir doktrinanın müəllifidir. Prezident İlham Əliyevin toplantıda iştirakı vasitəsilə aşağıdakı geosiyasi mesajları verdi: Azərbaycan postmünaqişə dövründə sülh quruculuğu və yeni əməkdaşlıq çərçivəsi təklif edən lider ölkədir; Avropa ilə enerji və nəqliyyat sahəsində sistemli inteqrasiyanı təşviq edən strateji təchizatçıdır; Çoxqütblü dünya düzənində suverenliyini qorumaqla qlobal dialoqa töhfə verən balanslaşdırıcı qüvvədir.
Türkanə Mübariz

Ağstafaya qatarla hər şənbə-bazar da getmək olacaq.
Tətil sonrası sindromu: Milyonlarla insanın yaşadığı problem
Sabah 32 dərəcə isti olacaq.
Tez əsəbiləşən insanlar daha vicdanlı olur?
İran Küveyt hava limanına belə vurdu.
Bəzi nəqliyyat vasitələrində tanınma nişanları böyük hərflərlə yazılmalıdır
Bu sənəd pullu oldu.
Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir.
Bakıda tramvay xətlərinin çəkilməsi ilə bağlı mühüm yenilik.
Bu gəmilər yalnız əvvəlcədən müəyyənləşdirilən ərazilərdə hərəkət edə biləcəklər.
Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq.