Heydər Əliyev xalqımızın tarixi şəxsiyyətləri, istedadlı və qəhrəman övladları arasında ən parlaq simalardan biri olmaqla yanaşı, dünya miqyasında da böyük hörmət və nüfuz qazanmış, nəhəng dövlət xadimi və siyasi liderlərdən biridir.
Azərbaycan və xalqımız naminə müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən onilliklərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, dövlət müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi və zəngin dövlətçilik təcrübəsi sayəsində yüksək uğurlar qazanmışdır. Özünün hərbi-siyasi, sosial-iqtisadi nailiyyətləri ilə bu gün bütün dünyanın diqqət mərkəzində olan müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində və yaddaşında əbədi yer tutur. Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz Ümummilli Lider mövqeyi qazandırıb. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur.
Ölkəmizin inkişaf strategiyası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək. Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsi və ən şanlı səhifələrindəndir. Heydər Əliyev özünün şərəfli fəaliyyətində həmişə xalqa arxalandığı kimi, xalq da həmişə ona arxalanırdı, ona etibar edir və ən ağır günlərində ona pənah aparmışdı. Dahi öndərimiz də ən böhranlı məqamlarda xalqının səsinə səs vermiş və onu baş verə biləcək təhlükələrdən qoruyub, xilas edərək inkişaf və tərəqqi yoluna çıxarmışdır. Heydər Əliyev sanki bu dünyaya elə öz xalqı üçün, onun xoşbəxt gələcəyinin təmin olunması, səadəti, tərəqqisi üçün gəlmişdi. Həqiqətən, ölkəmizdə ədalətin bərpası, ölkənin inkişaf etdirilib sivil cəmiyyətə çevrilməsi, Azərbaycanın dünya miqyasında ən inkişaf etmiş ölkələr sırasında olması üçün göstərdiyi fədakar, titanik fəaliyyəti sanki onun tale, ömür yolu olmuşdur. Ulu Öndərin ən böyük arzusu Azərbaycan xalqını müstəqil, qalib, torpaqlarımızı işğaldan azad edilmiş görmək idi. Azərbaycan xalqı Ulu Öndərin Dövlətimizin müstəqilliyi və suverenliyi uğrunda fədakarlığını heç zaman unutmayacaq. İkinci Qarabağ müharibəsində qazandığımız zəfər, Şuşada, Xankəndidə, Xocalıda və digər işğaldan azad edilmiş bütün ərazilərimizdə dalğalanan Dövlət Bayraqlarımız Ulu Öndərin vəsiyyətinin gerçəkləşməsi, müstəqilliyimizin əbədi qarantı Ümummilli Lider Heydər Əliyevin xidmətlərinə verilən dəyərdir. Heydər Əliyev qürur hissi ilə deyərdi: "Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam..". Bu gün Azərbaycan xalqı fəxr edir ki, onun Heydər Əliyev kimi bir övladı var. Qəlbi həmişə Azərbaycanla döyünən Heydər Əliyevin parlaq xatirəsi daim anılacaq və seviləcəkdir.

Ağstafaya qatarla hər şənbə-bazar da getmək olacaq.
Tətil sonrası sindromu: Milyonlarla insanın yaşadığı problem
Sabah 32 dərəcə isti olacaq.
Tez əsəbiləşən insanlar daha vicdanlı olur?
İran Küveyt hava limanına belə vurdu.
Bəzi nəqliyyat vasitələrində tanınma nişanları böyük hərflərlə yazılmalıdır
Bu sənəd pullu oldu.
Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir.
Bakıda tramvay xətlərinin çəkilməsi ilə bağlı mühüm yenilik.
Bu gəmilər yalnız əvvəlcədən müəyyənləşdirilən ərazilərdə hərəkət edə biləcəklər.
Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq.