“Milli Məclisin bugünkü xüsusi iclası “Konstitusiya və Suverenlik İli”nə həsr olunub və onun Ümummilli Lider Heydər Əliyevin doğum günü ərəfəsində keçirilməsi iclasımıza xüsusi əhəmiyyət verir”.
AvroMedia.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda bu gün keçirdiyi xüsusi iclasda bildirib.
“Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ölkəmizin həyatında üç mühüm dönüş nöqtəsinin tarixi əhəmiyyətini ifadə edir. Müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsi İkinci Qarabağ mühaibəsi və antiterror əməliyyatının qələbələrlə başa çatdırılması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması xalqımızln taleyi ilə bağlı olan müstəsna əhəmiyyətli hadisələrdir.
Müsir Azərbaycanın tarixi Ulu öÖdər heydər Əliyevin milli qurtuluşun təcəssümünə çevrilən fəaliyyəti ilə qırılmaz sürətdə bağlıdır. Ulu öndər xalq və dövlət yolunda göstərdiyi misilsiz xidmətləri ilə öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırıb. Heydər Əliyev şəxsiyyəti hr bir azərbaycanlı üçün müdriklik, vətənə sədaqət rəmzidir. Onun ölməz ideyaları bu günki və gələcək nəsillərin əməllərində yaşayır və daim yaşayacaq.
1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan mürəkkəb çağırışlar qarşısında qalmışdı. Dövlət idarəçiliyində yol verilən kobud səhvlər, erməni silahlı birləşmələri tərəfindən torpaqlarımızın işğalı, separatizm meyillərinin güclənməsi, vətəndaş müharibəsi təhlükəsinin yaranması müstəqil dövlətin varlığını ciddi təhlükə altına almışdı. Məhz belə bir ağır şəraitdə xalqın təkidli tələbi ilə Heydər Əliyevin ali dövlət hakimiyyətinə qayıtması, prezident seçilməsi hadisələrin qarşısını almağa, ölkədəki vəziyyəti sabitləşdirməyə imkan verdi. Heydər Əliyevin millətin taleyi üçün məsuliyyəti üzərinə götürdü və zəngin dövlətçilik təcrübəsi ilə qardaş qırğının qarşısnı almağa, xalqı azərbaycançılıq ideyası ətrafında birləşdirməyə nail oldu. Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də onun rəhbərliyi ilə müstəqil dövlətimizin ilk Konsitutiyamızın hazırlanmasıdır. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyamız dünyanın ən demokratik qanunları ilə müqayisə oluna bilər”, - deyə sədr bildirib.

Ağstafaya qatarla hər şənbə-bazar da getmək olacaq.
Tətil sonrası sindromu: Milyonlarla insanın yaşadığı problem
Sabah 32 dərəcə isti olacaq.
Tez əsəbiləşən insanlar daha vicdanlı olur?
İran Küveyt hava limanına belə vurdu.
Bəzi nəqliyyat vasitələrində tanınma nişanları böyük hərflərlə yazılmalıdır
Bu sənəd pullu oldu.
Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir.
Bakıda tramvay xətlərinin çəkilməsi ilə bağlı mühüm yenilik.
Bu gəmilər yalnız əvvəlcədən müəyyənləşdirilən ərazilərdə hərəkət edə biləcəklər.
Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq.