Yanacaqdoldurma obyektlərinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növünə aid ediləcək.
AvroMedia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlara edilən dəyişikliklərdə əksini tapıb.
Bu fəaliyyət növünə lisenziya verilərkən sənədin verildiyi tarixdən 30 gün müddətində lisenziya sahibi ilə onu verən orqan arasında müqavilənin bağlanması tələbi, əks halda lisenziyanın hüquqi nəticələr yaratmaması müəyyən olunub.
Müvafiq olaraq yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına görə dövlət rüsumu müəyyənləşir. Layihəyə əsasən, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılmasına lisenziya verilməsi üçün 1100 manat dövlət rüsumu, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına lisenziya verilməsi üçün isə 2500 manat dövlət rüsumu müəyyən edilib.

Ağstafaya qatarla hər şənbə-bazar da getmək olacaq.
Tətil sonrası sindromu: Milyonlarla insanın yaşadığı problem
Sabah 32 dərəcə isti olacaq.
Tez əsəbiləşən insanlar daha vicdanlı olur?
İran Küveyt hava limanına belə vurdu.
Bəzi nəqliyyat vasitələrində tanınma nişanları böyük hərflərlə yazılmalıdır
Bu sənəd pullu oldu.
Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir.
Bakıda tramvay xətlərinin çəkilməsi ilə bağlı mühüm yenilik.
Bu gəmilər yalnız əvvəlcədən müəyyənləşdirilən ərazilərdə hərəkət edə biləcəklər.
Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq.