Jan Valjandan daha çox xeyirxahlar bizim küçələr doludur
Tarix: 17-05-2024, 23:42
Baxılıb: 4 098
Google+ Paylaş
Tumblr Paylaş

Jan Valjandan daha çox xeyirxahlar bizim küçələr doludur

17-05-2024, 23:42

Sadiq QARAYEV
Liviyanın hava məkanını Fransa bağladı, vətəndaş müharibəsinə benzin tökdülər, minlərlə insanın ölümündə dolaysıyla iştirak etdilər, guya demokratiya axtarırdılar, əslində Qəddafininin və ölkənin banklardakı milyardlarını mənimsədilər. O Fransa ki, prezidentləri seçkilərdə həmən Qəddafinin pulları ilə təbliğat aparırdılar.
Napoleon 600 min qoşunla Rusiyaya hücum etdi, 30 min ilə geri qaytdı, bu 570 fransızı kim, nə məqsədlə qırğına verdi?  Hələ öz xalqını, işğalçı məqsədlə, təkcə bir müharibədə bu qədər qırğına verən dikatatordu, yoxsa İlham Əliyev? Afrikanı soran, qan gölünə döndərən, az qala Misir fironlarının mumiyalarının ciblərinə girən fransa tarixi diktatordur ya heç bir xalqla işi olmayan, dünyaya mərhəmət sülh yayan Azərbaycan?
İndi Qəzzada, Ukraynada öldürlən insanların qanına Fransanın neçə barmağı batıb, Azərbaycanın neçə?
Fransızlar İlham Əliyevlə tarixi şəxsiyyətlərini, prezidentlərini, qəhrəmanlarını müqayisə etsinlər: hərbi zəka, bəşəri sevgi, imkan düşən kimi sülhə meyillik, hərb və qələbələr müstəvisində, Mərdanəlik, insanlıq, bəşərilik yollarında.
Fransızlar öz polisləri ilə Azərbaycan polisini müqayisə etsinlər: mitinqiçilərin üstünə atla, fillə gedib, neçə nəfər öldürüblər? Digər millətlərə hansı "uca", "ali", mərtəbədən qaz sıxıblar?
O ki qaldı demokratiyaya, dünyanın heç bir ictimai siyasi quruluşu, sivilizasiya düsturları azərbaycançılıq idelları qarşısında uca, dərin görünə bilməz. Bu mənada azərbaycançılıq Everest, Marianadır.
Azərbaycan dövləti və dövlət başçısı, xalqının da qüdrəti azərbaycançılıq məfkurəsindən qaynaqlanır. Bu məfkurənin yanında demokratiya dayaz və alçaqdır.
And olsun Şarl de Qolunuzu ölümdən qurtaran Əhmədiyyə Cəbrayılovun rəşadətinə.
Yeri gəlmişkən sizin Jan Valjandan daha xeyirxahlarla bizim küçələr doludur.
Demək ki, Hüqolarla da doludur.
Eyfeldən də uca yerdən baxsanız xalqların tökdüyünüz qanından dalğalanan dənizin sahillərini görə bilməzsiniz.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ