Teyyub QƏNİOĞLU: Yeni dövrdə əhalinin sosial təminatında islahatlara ehtiyac var
Tarix: 15-02-2024, 16:04
Baxılıb: 2 964
Google+ Paylaş
Tumblr Paylaş

Teyyub QƏNİOĞLU: Yeni dövrdə əhalinin sosial təminatında islahatlara ehtiyac var

15-02-2024, 16:04

Yeni dövürdə  sosial-iqtisadi sahələrdə əsaslı islahatların aparılacağı gözlənilir.
          Bu fikirləri siyasi şərhçi Teyyub Qənioğlu  fevral ayının 14-də  cənab İlham Əliyev Milli Məclisdə and içərək yeni  müddət üçün Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərinin icrasına başlamasına münasibət bildirərkən deyib.
O bu münasibətlə Prezident İlham Əliyevi təbrik edib, bu şərəfli vəzifəsində dövlətimiz, xalqımız üçün xeyirli, uğrlu olmasını arzulayıb.
     Teyyub Qənioğlu qeyd edib: "Dövlətimiz ərazi bütövlüyünü, süverenliyini təmin edildikdən sonra yeni dövrə qədəm qoymuşdur. Təbiidir ki, yeni dövürdə də dövlətimiz qarşısında duran ən ümdə məsələlər vətənimizin bütövlüyünü, müdafiə qabiliyyətini daha da möhkəmləndirməkdən, yağı düşmən tərəfindən dağıdılmış ərazilərimizi bərpa etməkdən və köçkünlərimizi tezliklə doğma torpaqlarına  qaytarmaqdan ibarətdir. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bu məsələləri müvəffəqiyyətlə həll edəcəkdir. Bunlarla yanaşı, hesab edirik ki, bəzi istiqamətlərdə, xüsusilə də, əhalinin sosial təminatı, səhiyyə, elm və təhsil sahələrində, inhisarçlığın cilovlanması, məmur sahibkarlığına son qoyulması istiqamətlərində ciddi islahatlara ehtiyac vardır. Araşdırmalar göstərir ki, gündəlik istehlak mallarının mütləq hissəsinin qiymətinin artım tempi əhalinin real gəlirlərinin artım tempini üstələyir. Belə vəziyyət süni qiymət artımlarının, bu sahədə inhisarçılığın qarşısının alınması üçün ciddi tədbirlərin görülməsi ilə yanaşı, əmək haqlarının, həm əmək, həm də yaşa görə pensiyaların, az təminatlı əhaliyə verilən müavinətlərin əsaslı şəkildə artırılmasını zəruri edir. Təbii qazın, suyun, elktrik enerjisinin tariflərinə yenidən baxılması, onların optimal səviyyəyə qədər azaldılması da məqsədəuyğun olardı. Fikrimizcə, şəhid alilələrinə, qazilərə verilən təqaüdlərin də artırılması məsələlərinə baxılması yaxşı olardı. Hesab edirik  ki, qeyd edilən istiqamətlərdə əsaslı islahatların aparılması üçün dövlətimizin kifayət qədər imkanları vardır və Prezident İlham Əliyev yeni dönəmdə bu məsələlərə  xüsusi diqqət ayıracaqdır".
T. Qənioğlu əlavə edib ki, qeyd edilən istiqamətlərdə meydana çıxan məsələlərin həlli xeyli dərəcədə bu sahələri idarə edən nazirlərdən, dövlət məmurlarından, onların idarəetmə bacarıqlarından asılıdır. İnanırıq ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırarkən qeyd edilən istiqamətlərdə daha uğurlu seçimə nail olacaqdır.
Bilman İSAQ
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ