Əli Əsədov qərar imzaladı
Tarix: 31-01-2024, 18:44
Baxılıb: 3 331
Google+ Paylaş
Tumblr Paylaş

Əli Əsədov qərar imzaladı

31-01-2024, 18:44

Nazirlər Kabineti “Dəmiryol keçidlərinin istismarı Qaydaları"nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Bu Qaydalar ümumi istifadəli dəmiryol nəqliyyatında və qeyri-ümumi istifadəli dəmiryol nəqliyyatında dəmiryol keçidlərinin təhlükəsiz istismarına dair tələbləri müəyyən edir.
Dəmiryol keçidlərindən istifadə edən bütün nəqliyyat vasitələrinin sürücüləri, həmçinin piyadalar yalnız qatara (hərəkət tərkibinə) yol verməklə dəmiryol keçidlərindən keçə bilərlər. Dəmiryol keçidlərindən istifadə edən bütün nəqliyyat vasitələrinin sürücüləri, həmçinin piyadalar dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, işıqforları, nişanlama xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın (hərəkət tərkibinin) olmadığını yəqin etməli, “Yol hərəkəti haqqında” qanunda nəzərdə tutulmuş tələblərə riayət etməlidirlər.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ