"Günah məndə idi, Nikolu geri qaytardım" - Zurabyan
Tarix: 29-01-2024, 22:39
Baxılıb: 2 949
Google+ Paylaş
Tumblr Paylaş

"Günah məndə idi, Nikolu geri qaytardım" - Zurabyan

29-01-2024, 22:39

“2011-2012-ci illərdə Nikolun şüurunun bulanıq olduğu, öz ambisiyalarını hərəkatın məqsədlərindən üstün tutduğu artıq açıq-aydın görünəndə onunla çox ciddi müzakirə apardıq”.
KONKRET.az xəbər verir ki,  bu sözləri Ermənistan Milli Konqresinin sədr müavini Levon Zurabyan deyib.
O,  Nikol Paşinyanla uzun illər əvvəl partiya daxilində mövcud olan münasibətlərə toxunaraq deyib:
“Müzakirə olunurdu ki, Paşinyanla əlaqələri kəsək, yoxsa onun yanaşmalarını dəyişməyə çalışaq?
Birinci variantın tərəfdarı olanlar da var idi, ikinci variantın tərəfdarı olanlar da. Günah məndə idi, bu məsələnin həlli mənə tapşırıldı. Mənə dedilər ki, siz koordinator kimi hər şeyi həll etməlisiniz. Mən qərara gəldim ki, Nikol geri qaytarılmalıdır.
Onunla üç saatlıq söhbətim oldu, səhvlərini ona başa salmağa çalışdım ki, bütün bunları bir kənara atıb tək gündəmlə irəli gedə bilərsən. Bu söhbət müəyyən təsir göstərdi, amma bir neçə həftə ərzində. Bundan sonra onun tamam başqa məqsədlər güddüyü bizə aydın oldu. O, parlamentə gələndən sonra bizimlə bütün əlaqələri kəsdi”, – deyə Zurabyan bildirib.
Zurabyan 1 mart hadisələri baş verməsəydi, nə olardı sualına belə cavab verdi: “Bu kabus – nikolizm olmazdı. Mart hadisələri xalqda rejimə qarşı o qədər böyük nifrət oyatdı ki, insanlar ondan qurtulmaq üçün hər cür bədəli, o cümlədən anti-dövlət anarxiyasının bədəlini ödəməyə hazır idilər.
Xalq hətta Nikol kimi bir şəxsi hakimiyyətə gətirməyə hazır idi. Nikol anti-dövlət anarxizminin ifadəsi idi, ona görə deyirəm: 1 mart olmasaydı, Nikol da olmazdı”, – deyə Zurabyan əlavə edib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ