“Azərbaycan hər zaman normallaşmanın tərəfdarı olduğunu qeyd edib. Biz Ermənistana dəfələrlə ikitərəfli əsasda danışıqların aparılmasını təklif etmişik”.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 14-də Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib.
C.Bayramov qeyd edib ki, bölgənin önəmli ölkələrindən biri olan Türkiyə də Ermənistanın qonşusudur:
“Masada Azərbaycan varsa, Türkiyə də var deməkdir. Türkiyənin danışıqlar masasında olması Ermənistanın özü üçün də əlverişli olardı. Mən buradan çağırış etmək istəyirəm ki, Azərbaycanla Türkiyənin bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi ilə bağlı mövqeləri eynidir”.

Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı