Blinken Əliyev və Paşinyanla danışdı
Tarix: 28-11-2023, 10:20
Baxılıb: 1 477
Google+ Paylaş
Tumblr Paylaş

Blinken Əliyev və Paşinyanla danışdı

28-11-2023, 10:20

ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla iki ölkə arasında sülh müqaviləsinin bağlanması imkanlarını müzakirə edib.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat yayıb.
“Blinken Azərbaycan və Ermənistan arasında sülh sazişinə sadiqliyinə görə Prezident İlham Əliyevə təşəkkür edib. O bildirib ki, uzun müddətdir davam edən münaqişə həm Azərbaycana, həm də Ermənistana əziyyət verib. Ona görə də sülh sazişi regiondakı hər kəsə fayda verəcək”, - Miller bildirib.
Həmçinin, tərəflərin ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətləri və əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə etdiyi qeyd edilib.
Blinken Paşinyanla isə ABŞ-ın sülh müqaviləsinə nail olmaq səylərinə dəstəyini müzakirə edib:
“Dövlət katibi ABŞ-ın Ermənistanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyini bir daha təsdiqləyib və Ermənistanla ikitərəfli əməkdaşlığı artırmaq səylərini vurğulayıb”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ