"Ukrayna Aİ-yə üzvlüklə bağlı danışıqlara hazır deyil"
Tarix: 10-11-2023, 13:29
Baxılıb: 583
Google+ Paylaş
Tumblr Paylaş

"Ukrayna Aİ-yə üzvlüklə bağlı danışıqlara hazır deyil"

10-11-2023, 13:29

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukrayna Avropa İttifaqına üzvlüklə bağlı danışıqlara başlamağa hər cəhətdən hazır deyil.


Xarici mətbuata istinadən xəbər verir ki, baş nazirin sözlərinə görə, Ukrayna “Mako Qüdsdən olduğu kimi” Aİ üzvlüyündən uzaqdır. Bu deyim müqəddəs torpaqlara gedən bir səlibçinin əfsanəsindəndir. Bir gün qəhrəman gəmidə oyanır və qərara gəlir ki, o, artıq Yerusəlimdədir, lakin onun gəmisinin indiki Xorvatiya sahillərində olduğu üzə çıxır.


Macarıstanın baş nazirinin ofisinin rəhbəri Qergeli Quyaş isə qeyd edib ki, Avropa İttifaqı Ukraynaya imtiyazlı tərəfdaş statusu təklif edə bilər, lakin Avropa birliyinin üzvülüyünü yox. O, əlavə edib ki, Macarıstan Ukrayna ilə həmrəydir, ona maliyyə və humanitar dəstək verir, lakin bu, onun Aİ-yə daxil olmaq üzrə danışıqlara başlamaq üçün tələb olunan şərtləri yerinə yetirmədiyi faktını dəyişdirmir.


Kreml də Aİ-nin Ukraynanı təşkilata qəbul etmək vədlərini qiymətləndirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, bu vədlər inandırıcı deyil.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ