İsraildən Rusiyaya: Bu, nalayiq addımdır
Tarix: 27-10-2023, 09:09
Baxılıb: 2 381
Google+ Paylaş
Tumblr Paylaş

İsraildən Rusiyaya: Bu, nalayiq addımdır

27-10-2023, 09:09

İsrail HƏMAS terrorçularının Rusiyaya səfərini pisləyib və ölkə hakimiyyətini onları dərhal qovmağa çağırıb.

Avromedia.az xəbər verir ki, bu barədə etirazını bildirən İsrail Xarici İşlər Nazirliyi HƏMAS-ın İŞİD-dən betər terror təşkilatı olduğunu vurğulayıb.

“HƏMAS liderlərinin əlləri bıçaqlanan, öldürülən, güllələnən və yandırılan 1400-dən çox israillinin qanına boyanıb. Onlar körpələr də daxil olmaqla, 220-dən çox israillinin qaçırılmasına görə məsuliyyət daşıyırlar. İsrail HƏMAS liderlərini Moskvaya dəvət etməyi terrora dəstək verən və HƏMAS terrorçularının vəhşiliklərini qanuniləşdirən nalayiq addım kimi nəzərdən keçirir”, - XİN-in bəyanatında bildirilib.

Qeyd edək ki, ötən gün HƏMAS təşkilatının nümayəndələri Moskvaya səfər ediblər.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ