Baş nazir: "Azərbaycan və Gürcüstan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verirlər"
Tarix: 26-10-2023, 14:31
Baxılıb: 2 412
Google+ Paylaş
Tumblr Paylaş

Baş nazir: "Azərbaycan və Gürcüstan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verirlər"

26-10-2023, 14:31

"Azərbaycan və Gürcüstan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verirlər. Ölkələrimizin birgə iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, eləcə də Cənub Qaz Dəhlizi bu baxımdan strateji layihələr hesab edilir".

Avromedia.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 26-da Tbilisidə keçirilən 4-cü Beynəlxalq İpək Yolu Forumda çıxışı zamanı bildirib.

O deyib ki, Cənub Qaz Dəhlizi Azərbaycan qazının Avropaya birbaşa nəql edilməsinə imkan yaradıb:

"Ötən ilin iyul ayında Azərbaycan ilə Avropa Komissiyası arasında Anlaşma Memorandumu imzalanıb və sənədə əsasən, 2027-ci ilə qədər Azərbaycandan təbii qazın təchizat həcmi iki dəfə artırılacaq".

Baş nazir qeyd edib ki, eyni zamanda, bu gün Azərbaycan Avropaya yaşıl enerji körpüsünü salmağa başlayır:

"Bununla bağlı ötən ilin dekabr ayında Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Artıq Bolqarıstan da layihəyə qoşulmaq niyyətini ifadə edib. Ümidvarıq ki, bu layihə bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyinə əlavə töhfə verəcək".

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ