Müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir
Tarix: 25-10-2023, 21:13
Baxılıb: 1 840
Google+ Paylaş
Tumblr Paylaş

Müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir

25-10-2023, 21:13

Heydər Əliyev -100
Bütün qüdrətli xalqların tarixində onların dövlətçilik taleyini müəyyən edən böyük şəxsiyyətlər olur. Elə bir şəxsiyyət ki, onsuz nə xalq olardı, nə də dövlət.
Azərbaycan tarixində belə şəxsiyyətlər zaman-zaman olub. 20-ci yüzilliyin ən böyük şəxsiyyəti, xalqını müstəqilliyə qovuşduran, ölkəsini dünya miqyasında tanıdan Ulu öndər Heydər Əliyevdir.  
Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. 1991-ci ildə Azərbaycan xalqı müstəqilliyini qanlar bahasına bərpa etdi, cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində öz dövlətini yaratdı. Amma müstəqilliyimizin ilk illəri təlatümlərlə dolu oldu. Hakimiyyət uğrunda mübarizə az qala, hələ bünövrəsi kövrək olan müstəqilliyimizə son qoyacaqdı. Hakimiyyət çəkişmələrinin məntiqi nəticəsi kimi, cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin güclənməsi dövlətçilyin məhvinə doğru gedən prosesi daha da sürətləndirdi. 1993-cü ilin iyununda ağır bir vəziyyətdə xalqın tələb və istəyi ilə hakimiyyətə qayıdan və dövlətçiliyimizin sükanını öz etibarlı əllərinə alan Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. Əgər həmin ağır günlərdə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın müstəqilliyinin itirilməsi qaçılmaz olardı. Ulu öndərin sayəsində qısa müddətdə dövlətçiliyin təməl prinsipləri yaradılaraq möhkəmləndirildi, müstəqil Azərbaycan dünya birliyinin tamhüquqlu üzvünə çevrildi. Heydər Əliyevin dühası, qüdrəti və zəngin dövlətçilik təcrübəsi xalqımızı vahid milli ideya - azərbaycançılıq ideyası ətrafında birləşdirdi.
Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.
Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Bu gün Azərbaycanın demokratik və iqtisadi inkişafı, hüquqi, dünyəvi dövlətin formalaşdırılması dövlət müstəqilliyinin bəhrəsidir. Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev xalqımızın tarixi keçmişinin öyrənilməsi kimi məsələləri daim diqqət mərkəzində saxlayır. Ulu öndərin tariximizə doğma, təəssübkeş münasibəti onun layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin də fəaliyyətində prioritet təşkil edir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən mühüm siyasi xətt bütün konturları ilə Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə, əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir.
Bu gün Ümummilli Liderin və bütün şəhidlərin ruhu şaddır, çünki müqəddəs missiya yerinə yetirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev 30 illik erməni işğalına 44 gündə son qoydu.
Məhz Ulu öndərin əsasını qoyduğu müdrik, düşünülmüş siyasəti dövrün tələblərinə uyğun olaraq davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nəinki regionda, dünyada söz sahibinə çevrilib.
Məhz Ulu öndərin özülünü qoyduğu, onun davamçısı cənab prezidentin davam etdirdiyi  uğurlu siyasət sayəsində bu gün
“Millətimin imzası var imzalar içində” və Azərbaycan bayrağı işğaladan azad edilmiş bütün Qarabağda qürurla dalğalanır.
Qürurlu və xöşbəxtik, həm də ona gör ki, Heydər Əliyev kimi tarixi, dahi şəxsiyyətin mənsub olduğu xalqa mənsubuq-azərbaycanlıyıq. Mən fəxr edirəm ki, azərbaycanlıyam!
Jalə Qədirova
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ