Azərbaycan xalqının maraq və mə­nafeləri QORUNMAQDADIR
Tarix: 1-07-2023, 17:08
Baxılıb: 2 621
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan xalqının maraq və mə­nafeləri QORUNMAQDADIR

1-07-2023, 17:08

Məlum olduğu kimi, Heydər Əliyev 1993-cü il iyunun 24-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etməklə yanaşı, pre­zidentin səlahiyyətlərini də icra etdi.
Hə­min dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Ordu quru­culuğu sahəsində mühüm qərarlar qəbul edildi. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqın­da” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə dəyişikliklər aparıldı. Ulu öndər həmin vaxt əhalinin döyüş ru­hunu qaldırmaq, müharibə dövrünə uy­ğun təbliğat aparmaq, qanunsuz silahlı dəstələri zərərsizləşdirmək üçün lazımi tədbirlər görür, ölkədəki vəziyyət barədə fikirlərini tez-tez xalqla bölüşürdü. 
Azərbaycan xalqı ulu öndərə inam və eti­madını 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkilərində bildirərək, 98,8 faizi Heydər Əliyevə səs verərək, ölkənin taleyini bu görkəmli dövlət xadiminə həvalə etmək niyyətini bütün dünyaya nümayiş etdir­di.
Gələcək illərimiz isə quruculuq işləri ilə bərabər ordumuzun daha da inkişaf edərək 2020-ci ilin qələbə ilə başa çatması, Ali Baş komandan  İlham Əliyevin Ulu öndərin yolunun davam etməsinin nəticəsi idi. 
Biz fəxr edirik ki, Prezident İlham Əliyev Ulu öndərin siyasi kursunu onun istədiyi şəkildə davam etdirir və onun arzuladığı işləri uğurla davam etdirir. Bu arqumentimi­zi cənab Prezidentin 2020-ci il noyabrın 8-də Fəxri xiyabana gedərək, Şuşanın düşmən tapdağından azad edilməsi xəbə­rini mərhum atasının ruhuna söyləyəndə də gördük, Bakıdakı Zəfər paradında da, Şuşada imzalanmış möhtəşəm Azərbay­can – Türkiyə müttəfiqlik Bəyannaməsinin müddəalarında da. İnanırıq ki, Heydər Əliyev siyasi kursunun daha böyük uğur­ları hələ irəlidədir. 
Bilman İSAQ
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ