Azərbaycan xalqının maraq və mə­nafeləri QORUNMAQDADIR
Tarix: 24-06-2023, 16:26
Baxılıb: 3 502
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan xalqının maraq və mə­nafeləri QORUNMAQDADIR

24-06-2023, 16:26

Məlum olduğu kimi, Heydər Əliyev 1993-cü il iyunun 24-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etməklə yanaşı, pre­zidentin səlahiyyətlərini də icra etdi. 
Hə­min dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Ordu quru­culuğu sahəsində mühüm qərarlar qəbul edildi. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqın­da” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə dəyişikliklər aparıldı. Ulu öndər həmin vaxt əhalinin döyüş ru­hunu qaldırmaq, müharibə dövrünə uy­ğun təbliğat aparmaq, qanunsuz silahlı dəstələri zərərsizləşdirmək üçün lazımi tədbirlər görür, ölkədəki vəziyyət barədə fikirlərini tez-tez xalqla bölüşürdü. Azərbaycan xalqı elə həmin il oktyabrın 3-də keçirilən prezident seçkilərində yüksək, 98,8 səslə Ulu öndəri dəstəkədi. Xalqımız ölkənin taleyini bu görkəmli dövlət xadiminə həvalə etmək niyyətini bütün dünyaya nümayiş etdir­di.
Hal-hazırda  Azərbaycan xalqının maraq və mə­nafeləri qorunmaqla, Prezident İlham Əliyev Ulu öndərin siyasi kursunu onun istədiyi şəkildə davam etdirir və onun arzuladığı nailiyyətlərə imza atır. Bu arqumentimi­zi cənab Prezidentin 2020-ci il noyabrın 8-də Fəxri xiyabana gedərək, Şuşanın düşmən tapdağından azad edilməsi xəbə­rini mərhum atasının ruhuna söyləyəndə də gördük, Bakıdakı Zəfər paradında da, Şuşada imzalanmış möhtəşəm Azərbay­can – Türkiyə müttəfiqlik Bəyannaməsinin müddəalarında da. İnanırıq ki, Heydər Əliyev siyasi kursunun daha böyük uğur­ları hələ irəlidədir. 
Bilman İSAQ
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ