Böyük sirr üzə çıxdı - Putini müharibəyə sövq edən şəxs kimdir?
Tarix: 26-05-2023, 21:48
Baxılıb: 2 411
Google+ Paylaş
Tumblr Paylaş

Böyük sirr üzə çıxdı - Putini müharibəyə sövq edən şəxs kimdir?

26-05-2023, 21:48

Bu ilin aprelində Angela Merkel ölkənin ən yüksək mükafatı olan Almaniyaya xidmətlərinə görə “Böyük Xaç” ordeni ilə təltif edilib. Orden bundan əvvəl yalnız müharibədən sonrakı ilk kansler Konrad Adenauer və Almaniyanı birləşdirən kansler Helmut Kola verilib.
Teleqraf.com xəbər verir ki, “Wall Street Journal” (WSJ) Merkelin müasir Almaniyanın yaradıcıları ilə eyni sıraya qoyulmasının qəribəliyinə diqqət çəkib.
Nəşr yazır ki, Merkel Almaniya iqtisadiyyatını və qonşularını Rusiyadan enerji idxalından asılı vəziyyətə salan sövdələşmələrin əsas memarıdır:
“Putinin Ukraynaya müdaxiləsi bu strateji tərəfdaşlığı məhv etdi, Almaniyanı neft və təbii qazı başqa yerdə axtarmaq məcburiyyətində qoydu, bu da ölkəyə baha başa gəldi”.
Həmçinin Merkelə xatırladılıb ki, onun hakimiyyəti illərində müdafiə büdcələri ilbəil kəsilib. Rusiyanın Ukraynaya hücumu günü Bundesverin komandiri general-leytenant Alfons Meys demişdi ki, vaxtilə güclü olan alman ordusu indi o qədər zəifləyib ki, artıq Rusiyanın kiçikmiqyaslı hücumunu dəf etmək iqtidarında deyil.
2014-cü ildə Rusiyanın Krımı ilhaqından sonra Merkelin nəinki Kremldən enerji resursları almaqdan imtina etməməsi, əksinə, Rusiyadan qaz idxalını iki dəfə artırmaq üzərində işləməsi bu gün almanlar üçün ağlasığmaz görünür. Bu gün bir çox alman ekspertləri və hətta Merkelin keçmiş müttəfiqləri hesab edirlər ki, bu, özlüyündə Vladimir Putinə səkkiz ildən sonra yeni işğala başlamaq üçün cəsarət verib.
“Keçən il Merkel xatırladıb ki, Krımın ilhaqından sonra Putin ona Avropa İttifaqını məhv etmək istədiyini deyib. Amma o, ABŞ-ın etirazlarına baxmayaraq, “Şimal Axını 2” qaz kəmərinin tikintisi planının təbliğinə davam edib. Merkel hökuməti həmçinin Almaniyanın ən böyük qaz anbarlarının Rusiyanın dövlət qaz şirkətinə satılmasını təsdiqləyib”, - WSJ vurğulayır.
2014-cü ildə Rusiyanın Krımı işğal etməsindən sonra NATO-nun o zamankı baş katibi Anders Foq Rasmussen Merkelə xəbərdarlıq etmişdi ki, Almaniyanın Kremldən asılılığını azaltsın. Onun sözlərinə görə, Putin üçün kəmərin bizneslə və ya iqtisadiyyatla heç bir əlaqəsi yoxdur, bu, geosiyasi silahdır.
Nəşr qeyd edir ki, kansler postunu tərk etdikdən və Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Merkel səhvlərini etiraf etməyib, buna görə üzr də istəməyib.
Ukrayna Prezidenti Vladimir Zelenski ötən ilin aprelində onu Rusiyanın hərbi cinayət törətdiyi Buçaya baş çəkməyə və Putinə güzəşt siyasətinin nəticələrini görməyə çağıranda Merkel heç bir reaksiya verməyib. Daha da pisi, ötən il Merkel Rusiya ilə münasibətləri yenidən inkişaf etdirmək çağırışı edib. Sabiq kanslerin bu açıqlaması yersiz kimi qəbul olunub.
Merkelin başqa bir strateji səhvi bu günə qədər mərhələli şəkildə baş verən nüvə enerjisindən tamamilə imtinadır. Qərar Yaponiyada Fukusima fəlakətinə cavab olaraq qəbul edilib, amma sonda Almaniyanı Rusiya qazından daha da asılı vəziyyətə salıb.
2008-ci ildə Ukrayna və Gürcüstanın NATO-ya daxil olmasının qarşısını alan şəxs məhz Merkel olub. O, ABŞ-ın Corc Buş hökumətinin bu iki ölkəni alyansa qəbul etmək çağırışına veto qoyub. Bunu ABŞ prezidentinin Rusiya üzrə müşaviri Fiona Hill də təsdiqləyib.
2014-cü ildə Rusiyanın Ukraynadakı işğalından sonra Merkel münaqişənin kəskin mərhələsini qısa müddətdə həll etmək səylərinə rəhbərlik edib. Amma WSJ-nin yazdığəna görə, bu səyləri Kiyevi məyus etdi, çünki Rusiya qonşusunun ərazilərini işğal etdiyinə görə heç bir ciddi cəzaya məruz qalmadı.
“Putin üçün “qırmızı xətlər” çəkilmədi. Merkel hesablanmış riskə getdi. Bu, qambit gedişi idi, amma sonda uğursuz oldu”, - Hill deyib.
WSJ iddia edir ki, Qərbin “qırmızı xətt” müəyyən etməməsi və Almaniya ilə iqtisadi əməkdaşlığı davam etdirməsi Putini 2022-ci ildə genişmiqyaslı hücuma keçməyə sövq edib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ