Torontoda Azərbaycan Evinin açılışı oldu
Tarix: 5-04-2023, 19:33
Baxılıb: 1 316
Google+ Paylaş
Tumblr Paylaş

Torontoda Azərbaycan Evinin açılışı oldu

5-04-2023, 19:33

Kanadanın Ontario vilayətinin Toronto şəhərinin Nort York rayonunda Azərbaycan Evinin rəsmi açılış mərasimi keçirilib.

Komitədən bildirilib ki, açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vasif Abutalıbov, Kanada hökumətinin və parlamentinin təmsilçiləri, Türkiyənin baş konsulu, yerli ictimaiyyətin, Hindistan, Özbəkistan və yəhudi icmalarının nümayəndələri, Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və fəalları iştirak ediblər.

Açılış lenti kəsildikdən sonra Kanada və Azərbaycanın Dövlət himnləri səsləndirilib. Ardınca ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirə moderatorluq edən Kanadanın keçmiş multikulturalizm naziri və sabiq parlament üzvü Toni Ruprext Azərbaycan Evinin milli mədəniyyətin qorunub saxlanılması, gənc nəslə ötürülməsi baxımından önəmini vurğulayıb.

Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kanadada Azərbaycan Evinin açılması münasibətilə soydaşlarımızı təbrik edib, bu hadisəni dövlətimizin xaricdə yaşayan soydaşlarımıza diqqətinin və qayğısının təzahürü kimi qiymətləndirib.

Tədbirdə çıxış edən Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Filip Lourens, parlament üzvü Ali Ahsasi, yerli hökumət üzvü Maykl Tibollo, Türkiyənin Torontodakı Baş konsulu Sinem Mingan, Qızılbaş Qlobal İrsi Şurasının regional rəhbəri Arşi Qızılbaş mühüm hadisə ilə bağlı Azərbaycan icmasını təbrik edib, Azərbaycan Evinin səmərəli fəaliyyət göstərəcəyinə, gənc nəslin milli və sağlam ruhda böyüməsində böyük rol oynayacağına əminliklərini bildiriblər.

Tədbirdə Azərbaycan Evinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ