Prezident: "Türk dünyası daha böyük coğrafiyanı əhatə edir"
Tarix: 22-03-2023, 09:15
Baxılıb: 3 376
Google+ Paylaş
Tumblr Paylaş

Prezident: "Türk dünyası daha böyük coğrafiyanı əhatə edir"

22-03-2023, 09:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilməsi xüsusi diqqət çəkib.
Şuşada keçirilməsi nəzərdə tutulan, lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.
Prezident İlham Əliyevin bir neçə vacib məsələyə toxunması xüsusi diqqət mərkəzində olub.
Şuşa Bəyannaməsi türk ölkələri üçün bir örnək təşkil edir. Bu müqavilənin bənzəri yeni müqavilələrin türk ölkələri arasında qarşılıqlı və ümumtəşkilat səviyyəsində imzalanması zəruridir. Prinsip etibarilə bu həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, həm də Azərbaycan Prezidenti İlham Əliyevin uzun müddətdir nail olmaq istədiyi məsələdir.
 Prezident çıxışı zamanı qeyd edib ki, "2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır.
Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlərin qalması faktiki olaraq Ermənistanın Praqa və Soçi görüşlərində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi və 10 Noyabr bəyanatının pozulması deməkdir. Bu və bu kimi digər məsələlər faktiki olaraq rəsmi Bakının separatçılara qarşı antiterror, Ermənistana qarşı isə sülhəməcburetmə əməliyyatına başlaması üçün əsas yaradır. Mümkündür ki, Bakı indiki məqamda Ermənistan ilə bağlı bu məqamları dilə gətirərək dünya ictimaiyyətinə, eyni zamanda türk dövlətlərinə baş verə biləcək ehtimal əməliyyatların məsuliyyətini! Ermənistanın daşıdığı mesajını verir."
Prezidentin çıxışının ən diqqətçəkən məqamı, şübhəsiz, onun “Hörmətli həmkarlar, Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir” sözləri oldu.
Bilman İSAQскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ