Sülh sazişinin imzalanması üçün lazım olan şərtlər müzakirə olundu- İlham Əliyev
Tarix: 18-02-2023, 19:45
Baxılıb: 1 630
Google+ Paylaş
Tumblr Paylaş

Sülh sazişinin imzalanması üçün lazım olan şərtlər müzakirə olundu- İlham Əliyev

18-02-2023, 19:45

Görüş yaxşı keçdi, məncə, konstruktiv keçdi. Bir çox məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün lazım olan şərtlər müzakirə olundu.

Bu barədə Prezident İlham Əliyev fevralın 18-də Münhendə televiziya kanallarına müsahibəsində bildirib.

Dövlətimizin başçısı ABŞ-nın Dövlət katibi Entoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüş haqqında sualı cavablandırarkən deyib:

“Əlbəttə ki, mən öz mövqeyimi bir daha bildirdim. Əsas məsələ ondan ibarətdir ki, bu sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Qarabağ haqqında hər hansı müddəanın olması qəbuledilməzdir. Bu haqda da Azərbaycanın mövqeyi bildirildi. Biz üç gün bundan qabaq Ermənistandan bizim təkliflərimizə yeni cavab təklifləri aldıq. İndi onları incələyirik”.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ