AZƏRBAYCAN AVROPANIN ENERJİ XƏRİTƏSİNİ  CIZAN ÖLKƏLƏRDƏN BİRİDİR
Tarix: 13-02-2023, 08:40
Baxılıb: 1 962
Google+ Paylaş
Tumblr Paylaş

AZƏRBAYCAN AVROPANIN ENERJİ XƏRİTƏSİNİ CIZAN ÖLKƏLƏRDƏN BİRİDİR

13-02-2023, 08:40

Avropa alternativ enerji mənbələrinə böyük ehtiyac duyur.Azərbaycan Avropanın yaxın gələcəkdəəsas enerji təchizatçısı olan ölkələrdən biri olacaq. 2022-ci ilin fevralın 23-də başlanan Rusiya-Ukrayna müharibəsi dünyanı dəyişdirdi və enerji  təhlükəsizliyi məsələsini aktuallaşdırdı.
Artıq Avropanın enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir.
2023-cü il fevralın 3-də  Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub  və Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib. Prezident İlham Əliyev bildirib ki, bizim gələcək ümumi addımlar strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələndirmə nəticəsində atılacaqdır.
Zaman Azərbaycandan yeni marşrutların qurulması və yeni mənbələrin
cəlb olunmasını tələb edir. Azərbaycanın bu sahədə təşəbbüsləri müsbət nəticə verdi və enerji sahəsində  bütün nəzərdə tutulan planlar həyata keçrilmək üzrədir. Bu planların həyata keçrilməsində Avropadan olan tərəfdaşlar daim bizi dəstəkləmişlər və bunlar birgə səylərimizlə edilmişdir. Azərbaycan prezidentinin qeyd etdiyi kimi indi görünür, bu, heç vaxt görünmədiyi kimi vacibdir. Yaxşı haldır ki, biz hər bir şeyi vaxtında etdik, vaxt itirmədik. Baxmayaraq ki, Cənub Qaz Dəhlizi
layihəsinin icrasında müəyyən yubanmalar oldu, lakin biz onu mümkün qədər
tez başa çatdırmağa çox sadiq idik. İndi isə biz artıq onun genişləndirilməsi
haqqında danışırıq”.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi 2021-ci ildə, iki ildən bir az çox vaxt əvvəl açıldı. Bu gün biz artıq
TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər
genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20
milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq. Azərbaycan prezidentinin qeyd etdiyi kimi,”Bu, alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu göstərir. Bu, enerji təchizatının
davamlı şaxələndirilməsinin zəruriliyini nümayiş etdirir. Biz buna hazırıq”.
Beləliklə, Azərbaycan xam neftdən sonra, təbii qazın nəqli sahəsində də Avropanın əsas təhçizatçısı olan ölkələrdən biri olacaq.
İLKİN ƏLİYEV 
YAP QARADAĞ RAYON TƏŞKİLATININ FƏAL GƏNCİ, 
GƏNC POLİTOLOQLAR MƏRKƏZİNİN SƏDRİ
 
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ