Müğənni “küftə-bozbaş” məclislərinə etiraz: “500 kişi ilə öpüşüb-görüşə bilmərəm”
Tarix: 22-05-2026, 20:03
Baxılıb: 8 042
Google+ Paylaş
Tumblr Paylaş

Müğənni “küftə-bozbaş” məclislərinə etiraz: “500 kişi ilə öpüşüb-görüşə bilmərəm”

22-05-2026, 20:03

Müğənni Vüqar Muradov sosial şəbəkədə paylaşımı ilə müzakirə yaradıb.
AvrroMedia.Az xəbər verir ki, ifaçı həmkarlarına müraciət edərək onu ailəvi olmayan məclislərə çağırmamağı xahiş edib:
“Çox dəyərli musiqiçi dostlarım, xahiş edirəm məni ailəvi olmayan, küftə-bozbaş verilən məclislərə dəvət etməyin. Çünki cəmi 500-600 kişi olur, ən azı 400 nəfərlə öpüşüb-görüşmək yorucudur. Normal bildiyimiz bəy-gəlin toyu edib dəvət edin, gəlim, pulumu yazdırım, ifa edim. Çünki mən özüm gələcəkdə nə özümə, nə də övladıma küftə-bozbaş məclisi etməyəcəyəm. Anlayışla qarşılayacağınıza əminəm. Hər kəsə xoşbəxtlik arzu edirəm”. 
Qeyd edək ki, bir neçə gün əvvəl müğənni Tacir Şahmalıoğlu oğlu Şahmalıya toy edib. Məclisin yalnız kişilər üçün təşkil olunmuş və qonaqlara küftə-bozbaş təqdim edilmişdi. Buna görə də sosial şəbəkə istifadəçiləri isə Vüqar Muradovun paylaşımını məhz Tacir Şahmalıoğluna atmaca kimi qiymətləndiriblər.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ