“Mənə görə “Təsir dairəsi” Lalə Azərtaşın yüksəkliyini endirdi. Şəxsi baxışım şəxsən belədir. Məsələ burasındadır ki, bütün kanallardakı bu cür verilişləri bağladılar, amma Xəzər TV-də “Təsir dairəsi” qaldı”.
AvroMedia.Az xəbər verir ki, bunu aparıcı Səidə Bəkirqızı bildirib.
O, formatın aparıcı Lalə Azərtaşa yaraşmadığını deyib:
“Əllərində DNT testi ilə bətnlərindəki uşağın atasını axtarırdılar. Halal ərləri yanlarında ola-ola. Bu, bizim mental dəyərlərə uyğun idimi? Həmin verilişdə özünü döyən nə qədər analar görürdüm. Digər verilişlərdə özünü bu qədər döyən adamlar görmədim. Qadın özünü döyür, sonra deyirik ki, etmə-eləmə. Çünki biz döyülməyə, bağırmağa, qışqırmağa, evin içini, mətbəxini izləməyə aşiq olmuşuq. Bəlkə də bizə verilən qida o idi ki, bu şəkildə yeməliyik. Necə oldu ki, Audiovizual Şuranın dediyi fikirlər “Təsir dairəsi”nə aid olmadı? Lalə xanıma çox hörmət edirəm, amma onu belə formatda görmək istəmirəm. Çox gözəl xəbər aparıcısı idi”.
Xadırladaq ki, Azərbaycan teleməkanında bir sıra verilişlər, ATV-də Zaur Baxşəliyevin “Bizimləsən”, ARB-də Xoşqədəm Baxşəliyevanın “Səni axtarıram” və Elgiz Əkbərin “Elgizlə izlə”nin yayımı dayandırılıb.Hazırda yalnız Xəzər TV-də Lalə Azərtaşın “Təsir Dairəsi” və Space TV-də Amil Xəlilin “Gəl danış” verilişi qalıb.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu