Müğənni Nadir Bayramlı illər öncə rejissor Aqil M.Quliyevə klip çəkilişinə görə verdiyi pulun miqdarını açıqlayıb.
O, Qaynarinfo-ya açıqlamasında Adil M. Quliyevə 700 dollar ödədiyini bildirib.
Mən 1997-ci ildə repertuarımda olan mahnılardan birinə - "Sevgililər görüşəndə"yə klip çəkdirdim. Bunun üçün rejissor Adil M. Quliyevə müraciət etdim. Razılaşdıq, klip üçün deyilən maliyyə vəsaitini ödədim. Amma bir il gözlədim, klip hazır olmadı, uzandıqca-uzandı. Bir ildən sonra klip işıq üzü gördü. Amma bir ildən sonra Adil M. Quliyevə əlavə vəsait ödəmədim".
Nadir Bayramlı deyib ki, həmin ildə 700 dollara bir avtomobil almaq olardı:"O vaxt deyirdilər ki, Nadir Bayramlı bir maşının qiymətinə klip çəkdirib".
Nadir Bayramlı bu gün klipə marağın azaldığını əlavə edib:
"Bunun səbəbləri var, əvvəl klip çəkilərdi, televiziyalarda təqdimatı keçirilirdi. Hamı üçün maraqlı olurdu. İndi hərənin bir səhifəsi var, özləri ilə bağlı məlumatları orada yayımlayırlar. Artıq klip çəkilişi dəbdən düşüb".

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu