"İndiki uşaqlar fərqlidir. Baxıram, 3 aylıq nəvəm elə hərəkət edir ki, təəccüblənirəm. Doğulanda artıq çox şey bilirlər, başqa cür inkişaf edirlər. 12 yaşında belə avam idik. Tək güc toplayıb bu sənətə gəlmişəm. Nə sponsorum olub, nə dostum. Kişilər üçün çətindir. Qadınların kişi dostu olur. Bizim də kişi dostumuz olub, ən uzağı bizə yeyib-içmək verirlər. Sənətə dəstək olmurlar".
AvroMedia.Az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Günə uğurla" verilişində deyib. Sənətçi qadın ifaçıların sponsor tapmasının asan olduğunu bildirib.
Nadir Qafarzadə Əməkdar artist Nüşabə Ələsgərlinin ona məsləhətindən danışıb:
"İllər əvvəl Nüşabə Ələsgərli ilə bir toya düşdük. O da yarım saatlıq gəldi. Dedi ki, yaman idarəçiliyin var, amma reklamın yoxdur. Qazandığını reklama burax, sonra pul özü sənə gələcək. Məni ayıltdı".

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu