“Avtomobilimi satdım, yaradıcılığıma xərclədim. Mahnılarıma, kliplərimə sərf etdim”.
AvroMedia.Az pravda.az-a istinadla xəbər verir ki, bu sözləri Elçin Cəfərov “Çərçivədən kənar” verilişində deyib.
Onun sözlərinə görə, Xalq artisti Aygün Kazımova da sənəti üçün hər şey edib:
“Evini satıb pulu öz sənətinə yatırtmaq, sənətini sevmək və çox düzgün addımdır. Ailəvi evdə oturub söhbət edəndə dedim ki, konsert vermək istəyirəm. Dedilər, bəlkə özünə bir bağ qurasan, ondan sonra? Dedim yox, sənətim, işim budur, mən ondan zövq alacam.
Konsertimə qədər kirayə bağ götürmüşəm, orada yaşayıram, məşqləri edirəm. Bunu etmək olur, ancaq o konsertin enerjisi, arzu etdiyin bir məkanda olmaq hər şeydən önəmlidir. İstər konsertimdə 10 nəfər olsun, mən onlar üçün oxuyacam. Çünki arzumdur və mən onu gerçəkləşdirirəm, həmçinin insanlar vaxtlarından, pullarından keçəcəklər və məni dinləməyə gələcəklər. Qızıl vaxtlarını mənə sərf edəcəklər, mən də onlar üçün ürəyimdən gələn mahnıları ifa etməliyəm”.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu