"Eyyub Yaqubov və Brilliant Dadaşovanın repertuarı bizi toy bazarına saldı".
AvroMedia.az xəbər verir ki, bunu 106.3 radiosunda Kazım Sübhanın qonağı olan müğənni Elçin Cəfərov deyib. Sənətçi bildirib ki, bu gün müğənnilərin qazanc yeri sadəcə toylardandır:
"Əvvəl toy və sənətlə məşğul olan iki tip müğənni var idi. Sənətlə məşqul olanlar 1990-cı illərdə konsertlər verirdilər. Yeni nəsil müğənnilər isə başqa cürə formalaşıb. Bizim nəsil müğənnilər sənətə bir başa toy meydanından başladılar. Məsələ buna görə ağırlaşdı. Samir Bağırov, Faiq Ağayev, Aygün Kazımova, Brilliant Dadaşova sırf estrada mahnıları ifa edirdilər, konsertlər də verirdilər.
Daha sonra isə Eyyub Yaqubov və Brilliant Dadaşovanın repertuarı bizi toy bazarına saldı. Çünki bir çox oğlan müğənnilər o zaman Brillant xanımla çalışırdı. Bu gün həmin o müğənnilər toy meydanındadırlar. Buna görə də toy bazarı genişləndi, inkişaf elədi. 1990-cı illərdə konsertlər var idi amma bizim dövr toy dövrü oldu. Bu böyük problemdir, çünki müğənninin başqa qazanc yeri yoxdur".

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu